Mübariz Qurbanlı: "Dağıdıcı müxalifətin prezident seçkiləri ərəfəsi yeniləşməsi, yeni dövrə uyğunlaşması ilə bağlı "ideyalar" axtarışına ehtiyac var"
Yarandığı gündən üzü bu tərəfə nəinki ictimai rəydə, eləcə də, xalqda özü barəsində ciddi fikir yarada bilməyən "İctimai Palata" adlı qondarma siyasi qurum, ümumiyyətlə, müxalifət tərəfindən də qəbul edilməməkdədir. Belə olan təqdirdə, "palata"da cəmləşən bir qrup siyasətbazın zaman-zaman hər hansı "ictimai müzakirələr" ətrafında apardıqları "fikir mübadilələri" öz məntiqsizliyi ilə seçilir. Belə ki, hələ parlament seçkiləri ərəfəsi "Avtoritarizmdən demokratiyaya yumşaq keçid - "Yol xəritəsi" adlı istehzadoğurucu məntiqsiz təklifləri nəticədə biabırçı uğursuzluğa gətirib çıxardı. Bu gün də "İctimai Palata" prezident seçkiləri ərəfəsi yeni "ideyalar" axtarışındadır. Buradan bir daha da, aydın olur ki, "İctimai Palata" adlı qurumda cəmləşənlərin hər biri digər tərəfdən, "palata" təmsilçilərinin gah bu, gah da başqa bu kimi "ideyalar" üzərində "müzakirələr" aparmaqları sadəcə siyasi blef mənasını sərgiləyir. Heç özlərinin də baş aça bilmədikləri "ideyalarla" varlıqlarını nümayiş etdirməyə səy göstərən "İctimai Palata" səlahiyyətliləri nəticə etibarı ilə qınaq və gülüş hədəfinə tuş gəlirlər.
"İctimai Palata"dan və orada cəmləşən müxalifət partiyalarından fərqli olaraq, ölkənin hakim siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası, mütəmadi olaraq, xalqın, dövlətin mənafeyinə xidmət edən layihələr, sənədlər hazırlayır, onların reallaşdırılması istiqamətində davamlı işlər gerçəkləşdirilir. İstər seçkilər səviyyəsində, istərsə də təşkilatdaxili fəaliyyət prizmasından yanaşsaq, görərik ki, heç bir partiya Yeni Azərbaycan Partiyası qədər ölkə üçün, xalq üçün səmərəli işlər görməyib. Bu isə, bir daha onu təsdiq edir ki, hakim Yeni Azərbaycan Partiyası ən güclü, ən real siyasi qüvvə olaraq, bütövlükdə, xalqın rəğbətini qazanmış nəhəng siyasi təşkilatdır.
Eyni zamanda, müxalifət düşərgəsinin belə tərzdə çıxış etməsi onların bütövlükdə siyasi savadsızlıqlarını üzə çıxarmış olur. Ən təəccüb doğuran odur ki, bu gün Azərbaycan keçid dövrünü arxada qoyaraq, öz yüksəliş dövrünü yaşadığı bir zamanda hələ də onlar bunu anlamayıb, ya da ki, həzm etmək iqtidarında deyillər. Həmçinin, Azərbaycan nəinki regionda, eləcə də, bütün dünya miqyasında demokratik ölkə kimi qəbul edilir və müxalifətin öz təxəyyülü hesabına əmələ gəlmiş "demokratiyaya keçid" sərsəmləməsinə, yenidən qayıtmasına da, ümumiyyətlə, ehtiyac duyulmur.
"İctimai Palata"nın çıxılmaz çökəyə düşdüyü, bunun müqabilində son dövrlərini yaşaması artıq öz təsdiqini tapmışdır. Bununla bağlı Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı öz açıqlamasında bildirib ki, "İctimai Palata" adlanan qurumun toplantısı və onun "ideyaları" ölkənin ictimai rəyi üçün heç bir əhəmiyyət kəsb etmir: "İctimai Palata" bu günə kimi hansısa bir təklif hazırlayıb ki, indi yenidən keçid dövrünü ortaya atır. Görünür, dağıdıcı müxalifət hələ də bunu anlamayıb, ya da həzm etmək iqtidarına malik deyil. İkinci bir tərəfdən, Azərbaycan nəinki regionda, eləcə də, bütün dünya miqyasında demokratik ölkə kimi qəbul edilir. Ona görə də, dağıdıcı müxalifətin prezident seçkiləri ərəfəsi sərsəm "ideyalarına" yenidən qayıtmasına da, ümumiyyətlə, ehtiyac duyulmur. Bu mənada da dağıdıcı, pas atmış müxalifətin yeniləşməsi, yeni dövrə uyğunlaşması ilə bağlı "ideyalar" axtarışına ehtiyac var".
Rəfiqə