PDF Oxu

Əsas

  • 60

Dağlıq Qarabağ münaqişəsi avropalı deputatları narahat edir

Minsk Qrupunun səmərəsizliyi yeni formatın yaradılmasına şərait yaradır

Dağlıq Qarabağ münaqişəsi avropalı deputatları narahat edir

Ötən həftənin sonunda Azərbaycana səfər edən Avropa Parlamentinin üzvləri bir sıra rayonlarda olublar. 77 faizi Ermənistanın işğalı altında olan Ağdam rayonun məcburi köçkün qəsəbələrini ziyarət edən parlamentarilərin səsləndirdikləri bəyanatlar maraqlı və mühüm olmaları ilə diqqəti cəlb edib.

Belə ki, Avropa Parlamentinin Slovakiyadan olan üzvü Boris Zala jurnalistlərə müsahibəsində bildirib ki, səfərin məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, məcburi köçkünlərin problemləri ilə bağlı daha yaxından tanış olmaqdır: "Dağlıq Qarabağ münaqişəsi bizi narahat edir. Bilirik ki, münaqişə həll edilməsə, müharibə ola bilər. Yaxın gələcəkdə Azərbaycan Avropa Birliyinin bir hissəsi olmalıdır. Lakin müharibə şəraiti davam etdikcə bu, mümkün deyil. Sülh isə yalnız o zaman ola bilər ki, işğal altındakı ərazilər azad edilsin. ATƏT-in Minsk Qrupu səmərəsiz bir qrupdur. Avropa Parlamenti, Avropa Birliyi münaqişənin həlli üçün yeni forma hazırlamalıdır. Bunun üçün Avropa Birliyinin kifayət qədər səlahiyyəti vardır"."

Göründüyü kimi, Avropa Parlamentinin deputatları da münaqişənin doğurduğu acınacaqlı vəziyyəti etiraf edir və bunun aradan qaldırılmasının vacibliyini qeyd edirlər. Minsk Qrupunun münaqişənin həllində səmərəsiz bir qrup adlandırılması isə onların fəaliyyətinə verilən düzgün qiymətdir. Yəni artıq avropalı parlamentarilər də həmsədrlərin və ümumilikdə Minsk Qrupunun fəaliyyətsizliyini etiraf edirlər. Bunun uzun müddət bu cür davam etməsi isə qeyri-mümkündür. Beynəlxalq ictimaiyyət də status-kvonun qalmasından narahatdır. Bu, regionda müharibə təhlükəsini saxlamaqla yanaşı, qaçqın həyatı yaşayan 1 milyon insanın da taleyi baxımından mühüm əhəmiyyətlidir. Odur ki, bu vəziyyətin davam etməsinə və Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsini öz monopoliyası altına alaraq heç bir fəaliyyət göstərməməsi, öz işləri ilə işğalçı ölkəni dəstəklədiyini nümayiş etdirən mövqe göstərməsi münaqişənin həlli üçün yeni variantlara əl atılmasına gətirib çıxarır.

Yuxarıda qeyd etdiyim kimi, Avropa Parlamentinin üzvləri də münaqişənin həlli üçün yeni formanın hazırlanmasının tərəfdarıdırlar. Bu məsələnin Avropa Birliyində səsləndirilməsi də yüksək əhəmiyyətlidir. Çünki artıq 20 ildən çoxdur münaqişənin davam etməsinə baxmayaraq, heç bir irəliləyiş yoxdur. Belə olan təqdirdə isə, danışıqların davam etdirilməsinə və vasitəçilərin fəaliyyətinə ehtiyac qalmadığı qənaətinə gəlinməkdədir. Azərbaycan ictimaiyyəti dəfələrlə bu məsələni qeyd edib və danışıqların irəliləməsi üçün bir sıra təkliflər irəli sürüb. Lakin çox təəssüf ki, məsələnin həlli ilə birbaşa məşğul olan ATƏT və digər qurumlar bununla bağlı hər hansı bir addım atmaq niyyətlərinin olmadığını göstərirlər. Lakin yaranmış təhlükəli vəziyyət və Azərbaycanın göstərdiyi səylər beynəlxalq ictimaiyyətin məsələ ilə bağlı konkret addımlar atmasına sövq edə bilər. Əks halda münaqişənin alovlanması təhlükəsi yarana bilər ki, bundan da bütün bəşəriyyət əziyyət çəkəcək.

MURAD

Digər xəbərlər