PDF Oxu

Əsas

  • 49

Elmar Məmmədyarov Hulusi Kılıç ilə görüşdü

Elmar Məmmədyarov Hulusi Kılıç ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə Respublikasının ölkəmizdəki səfiri Hulusi Kılıçı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Məmmədyarov Kılıçın ölkəmizdəki fəaliyyətini yüksək qiymətləndirib və iki qardaş ölkənin münasibətlərinə verdiyi böyük töhfəyə görə səfirə təşəkkür edib. Görüşdə qeyd edilib ki, Azərbaycanla Türkiyə arasında əməkdaşlığın inkişafı üçün bütün sahələrdə böyük işlər görülüb və ikitərəfli münasibətlər yüksək səviyyədədir. XİN rəhbəri bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Hulusi Kılıçı "Dostluq ordeni" ilə təltif etməsi Azərbaycan dövlətinin və xalqının Türkiyəli diplomata verdiyi böyük qiymətin göstəricisidir. Elmar Məmmədyarov türkiyəli səfirə gələcək fəaliyyətində uğurlar arzu edib və bildirib ki, Hulusi Kılıç hər zaman Azərbaycan xalqının yaddaşında xoş xatirələrlə qalacaq.

Digər xəbərlər