PDF Oxu

Əsas

  • 70

Səbail rayonunda yeni dərs ilinə hazırlıq yüksək səviyyədədir

Səbail rayonunda yeni dərs ilinə hazırlıq yüksək səviyyədədir

Bu gün Azərbaycanın təhsil səhəsinə göstərilən diqqət və qayğını təhlil edərkən, ilk öncə, təhsilimizin tarixinə nəzər salmalıyıq. Çünki tarixi yaddaş onu deməyə əsas verir ki, Azərbaycan təhsilinin yüksək sürətlə inkişafı məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin 1993-cü ildə hakimiyyətə ikinci dəfə tarixi qayıdışı, başqa sahələrdə olduğu kimi, bu sahədə də ciddi uğurların əldə olunması ilə nəticələndi. Yeni mərhələdə ölkə başçısı İlham Əliyevin, xüsusilə də, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təhsil sahəsinə göstərdiyi diqqət və qayğı nəticəsində paytaxt Bakıda və regionlarda tikilib, şagirdlərin istifadəsinə verilən, müasir standartlara cavab verən məktəblər ölkədə təhsilin keyfiyyətinin daha da yaxşılaşdırılmasına yönəlib. Bununla bağlı, həyata keçirilən işlər ardıcıl olaraq, davam etdirilir.Bu istiqamətdə dövlət tərəfindən görülən işlər Səbail rayonunda aydın şəkildə görülür.

Yeni tədris ilinin başlanması ilə bağlı Səbail rayonunda yerləşən bir neçə orta məktəbə üz tutduq

İlk olaraq, Səbail rayonu 7 saylı məktəbin direktoru Gülnaz Mehdizadə ilə söhbətləşdik. Gülnaz xanım bildirdi ki, bu gün Azərbaycanda təhsil sahəsinə dövlət tərəfindən göstərilən xüsusi qayğı nəticəsində ölkəmizin təhsili inkişaf yolundadır. Bu inkişafın təməli Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulub. Bizim üzərimizə düşən vəzifə yalnız keyfiyyətli təhsil verməkdir. Ona görə ki, bizə təhsil vermək və təhsil almaq üçün gözəl şərait yaradılıb. Bunun üçün müəllimlərlə yanaşı, şagirdlərin də məsuliyyəti bir o qədər artıb. Ona görə ki, yaradılan gözəl şərait onların yaxşı təhsil almasına hesablanıb. Hazırda bizim məktəbdə 900 nəfər şagird təhsil alır. 2011-ci il avqustun 7-də məktəbin həyətində yeni akt zalı, idman zalı və 8 sinif otağından ibarət olan yeni korpus tikilib ki, artıq şagirdlərin istifadəsinə verilməyə tam hazırdır. Qeyd edim ki, yeni tikilən tədris korpusundakı otaqlar lazımi avadanlıqlarla və dərs vəsaitləri ilə təmin olunmuşdur. Artıq dərs cədvəli tərtib olunub və yeni dərs ilinə hazırıq. Daha sonra Səbail rayonu 91 saylı orta məktəblə tanışlıq zamanı burada yaradılan gözəl şərait, səliqə-sahman onu göstərdi ki, həqiqətən də məktəbin müəllim kollektivi onlara yaradılan bu şəraiti yüksək qiymətləndirir və qoruyub saxlayır. Məkəbin direktoru Svetlana Zülfüqarova bizimlə söhbətində bildirdi ki, bu gün təhsil sahəsində çalışan hər bir şəxs özü üçün Ulu Öndərin "Təhsil millətin gələcəyidir" kəlamını rəhbər tutmalıdır. Çünki hər şey təhsildən başlayır. Bu gün hər bir şagirdin yaxşı təhsil alması üçün bütün imkanlar yaradılır. Nəinki paytaxt Bakıda, hətta regionların ucqar kəndlərində də müasir standartlara cavab verən yeni məktəblər tikilərək, istifadəyə verilir. Butün bunlar hamsı ölkədə təhsilin daha da stimullaşdırılmasına yönələn addımlardır. Mən, xususilə, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğını qeyd etmək istərdim. Çünki M.Əliyeva artıq Azərbaycanda təhsilin hamisi kimi qəbul olunur. Ona görə də, bizə göstəilən etimadı doğrultmaq üçün əlimizdən gələni əsirgəməməli və ölkdə təhsil sahəsinin daha da inkişafı üçün çalışmalıyıq. Yeni tədris ilində də əvvəlki illərdə də, yaxşı çalışmalıyıq ki, orta məktəbə yenicə qədəm qoymuş uşaqlarımızın gələcəyi üçün problemlər yaranmasın. Ona görə də yüksək səviyyədə təhsil vermək bizim dövlətimizin əsas məqsədidir. Biz də bu məqsədin daşıyıcı olmalıyıq. Yeni tədris ilinin başlanması münasibətilə bütün təhsil işçilərini təbrik edirəm. Biz üzərimizə düşən məsuliyyəti dərk etməli və gələcəyin təminatçısı olan uşaqlara yaxşı təhsil vermək üçün əlimizdən gələni əsirgəməməliyik. Məktəbimiz yeni tədris ilinə tam hazır vəziyyətdədir. Yeni dərs ilinin cədvəlləri də artıq hazırdır. Bununla bağlı iclas keçirib, müəllim kollevtivimizi artıq məlumatlandırmışıq.

Məktəbin direktoru Svetlana Zülfüqarova bizimlə birgə məktəbi gəzərək, sinif otaqlarında, akt zalında və idman zalında yaradılan şəraitlə bizi də tanış etdi.Daha sonra Səbail rayonu 163 saylı tam orta məktəbə yollandıq. 163 saylı məktəbin təmirə ehtiyacı olsa da, məktəbdə yaradılan səliqə-sahman, müəllim heyətinin xoş rəftarı göstərdi ki, həqiqətən də 163 saylı məktəbin kollektivi ruhdan düşməyib. Məktəbin direktoru Afət Qafarlı qeyd etdi ki, "2010-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın Əlavə Tədbirlər Planı təsdiq olunmuş və bu plana uyğun olaraq Səbail rayonunun təhsil sahəsi üzrə 6 bənd əlavə olunub. Həmin Dövlət Proqramına olunan əlavədə 163 saylı orta məktəbin əsaslı təmiri nəzərdə tutulmuşdur. Ona görə də biz ruhdan düşmürük. Çalışırıq ki, təhsilimizin keyfiyyəti yaxşı olsun. Sevinirir ki, bizim məktəb də Cənab Prezidentimiz İlham Əliyevin diqqətindən kənarda qalmadı. Dövlətin təhsilə göstərdiyi qayğını hər zaman görmüşük. Bizim borcumuz bizə göstərilən etimadı doğrultmaqdır. Bunun üçün də çalışırıq. Artıq yeni dərs ilinin başlanması üçün bütün lazımı tədbirlər görülüb. Dərs cədvəli də hazırlanıb, dərslərin bölüşdürülməsi prosesi başa çatıb. Əgər yeni şagirdlərimiz gələndə hər hansı narahatçılıq olsa, çalışacağıq ki, bunu da aradan qaldıraq. Müəllim kollektivi də artıq yeni dərs ilinə hazırdır".

Daha sonra Səbail rayonu Bayıl yaşayış sahəsində yerləşən 49 saylı "İntellekt" məktəb-liseyinə üz tutduq. Yenicə təmirdən çıxmış məktəb, yüksək standartlara uyğun olaraq şagirdlərin istifadəsinə hazıdır. Məktəbin direktoru Təhminə Əsədova bizimlə söhbətində qeyd etdi ki, ətraf ərazilərdə yaşayan əhalinin sayının artması ilə məktəbin yeni sinif otaqlarına olan tələbatı da artmışdır. Bununla əlaqədar məktəbin tədris korpusunun tikintisi qərara alınmışdır. 2011-ci il iyul ayının 21-də bünövrəsi qoyulmuş yeni tədris korpusunun inşası 2012-ci ilin mart ayında tam başa çatmışdır. Burada tikinti işləri müasir standartlara uyğun, yüksək keyfiyyətlə aparılmış, 3 mərtəbəli, ümumi sahəsi 3000 kv.metr olan yeni tədris korpusu tikilmişdir. Yeni korpusdakı sinif otaqlarında müasir təhsil üçün hər cür şərait yaradılmış, siniflər yeni avadanlıq, partalar və dərs ləvazimatları ilə təmin olunmuşlar. 2012-ci ilin mart ayından etibarən məktəbin ibtidai sinif şagirdləri yeni tədris korpusunda dərslərə başlamışdır.

Dovlət proqramında nəzərdə tutulduğu kimi, 2012-ci ilin mayında 49 saylı "İntellekt" məktəb-lisey köhnə tədris korpusunun təmiri işlərinə başlanmışdır. Yay ayları ərzində 5700 kv.metr ümumi sahəyə malik olan 3 mərtəbəli məktəb binası əsaslı təmin olunmuşdur. Bu korpusdakı 51 sinif, yardımçı otaqlar, idman və akt zallarında, dəhlizlərdə, sanitariya qovşaqlarında təmir başa çatdırılmış, 3 komputer sinifi yaradılmışdır.

Sentyabr ayının 5-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 49 saylı "İntellekt" məktəb-liseyə gəlmiş və burada yeni inşa olunmuş tədris korpusunun və əsaslı təmir işləri aparılmış korpusun açılış mərasimlərində iştirak etmişdir. Dövlətimizin başçısına burada aparılan təmir işləri və yeni inşa olunmuş korpus barədə geniş məlumat verilmişdir. Cənab prezident məktəb binasını, yeni tədris korpusunu gəzmiş və sinif otaqları və fənn kabinələrində yaradılmış şəraitlə tanış olmuşdur.

Babək Hacıyev

Digər xəbərlər