PDF Oxu

Əsas

  • 42

Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu bugünkü dövlət siyasətinin əsas prioritetlərindəndir Əli Həsənov: “Vətəndaş cəmiyyəti resursları, QHT-lər ayrı-ayrı fəal vətəndaşların təşəbbüslərini reallaşdıran bir institutdur”

Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu bugünkü dövlət siyasətinin əsas prioritetlərindəndir Əli Həsənov: “Vətəndaş cəmiyyəti resursları, QHT-lər ayrı-ayrı fəal vətəndaşların təşəbbüslərini reallaşdıran bir institutdur”

Ölkədə ictimai həyatın demokratikləşməsinin əsas istiqamətlərindən biri vətəndaş cəmiyyəti institutlarının inkişaf etdirilməsidir. Azərbaycanın sürətli iqtisadi və sosial inkişafı vətəndaş cəmiyyətinin fəaliyyətinə kömək göstərilməsində dövlətin imkanlarını genişləndirir, qeyri-hökumət təşkilatlarını dəstəkləmək və təşviq etmək üçün dövlət siyasətinin təkmilləşdirilməsini şərtləndirir.

Bu sahədə təkmilləşən qanunvericilik bazası mövcud problemlərin aradan qaldırılmasına şərait yaradır və şəffaf bir mühit yaradır. Vətəndaş cəmiyyəti institututlarına dövlətdən dəstək göstərilməsi cəmiyyətimizdə yeni münasibətlər modelinin formalaşdırılması, vətəndaş cəmiyyəti institutlarının müasirləşdirilməsi, vətəndaş təşəbbüsünün artırılması, milli maraqların qorunması sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin təşviq edilməsi, onların sosial əhəmiyyətli problemlərin həllinə cəlb olunması, dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən proqram və layihələrin maliyyələşdirilmə onu deməyə əsas verir ki, ölkədə müxtəlif istqamətlərdə həyata keçirilən layihələr nəticəsində QHT-lər xeyli təcrübə toplayıb. Qeyd etmək lazımdır ki, Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu bugünkü dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bir müddət öncə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə "Vətəndaş cəmiyyətinin möhkəmləndirilməsində QHT-hökumət dialoqu" mövzusunda tədbirin keçirilməsi də sübut etdi ki, ölkədə vətəndaş cəmiyyəti institurlarını narahat edən edən problemlər, eyni zamanda, dövləti, dövlət başçısını, hakimiyyət orqanlarını narahat edir. Həmin dialoqda çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirdi ki, Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu bugünkü dövlət siyasətinin əsas prioritetlərindəndir: "Biz iqtisadi uğurlarımızı, Azərbaycanın dinamik inkişafını siyasi islahatlarsız, vətəndaş cəmiyyəti olmadan, daxili ictimai-siyasi proseslərdə fəal vətəndaşların iştirakı olmadan təsəvvür etmirik".

PA rəsmisinin sözlərinə görə, vətəndaş cəmiyyəti resursları, QHT-lər ayrı-ayrı fəal vətəndaşların təşəbbüslərini reallaşdıran bir institutdur: "QHT-lər ictimai davranış normalarını müəyyən edən və onun həyata keçirilməsini təlqin edən institutlardır, bu səbəbdən biz dövlət olaraq QHT-ləri özümüzə tərəfdaş görürük. QHT-lərin məşğul olduğu sahə onların fəaliyyətinin əsasını təşkil edən ictimai, siyasi, sosial, mədəni, həyatın müxtəlif sahələri, eyni zamanda, dövlət siyasətinin prioritetlərini təşkil edir".

Rauf Zeyni: "Azərbaycanda vətəndaş cəmiyyəti institutları müxtəlif istiqamətlər üzrə həyata keçirdikləri layihələr

nəticəsində xeyli təcrübə toplayıb"

Məsələ ilə bağlı "Səs" qəzetinə açıqlama verən Milli QHT Forumunun prezidenti Rauf Zeyni ölkədə vətəndaş cəmiyyəti institutlarının fəaliyyətini müsbət qiymətləndirirdiyini qeyd etdi: "Düşünürəm ki, vətəndaş cəmiyyəti institutları dövlət sosial sifarişlərinin yerinə yetirilməsində daha da fəal olmalıdır. Çünki Azərbaycanda fəaliyyət QHT-lər artıq həm ölkədə, həm də ölkənin hüdudlarında geniş təcrübə toplayıblar. Söz yox ki, bu gün ölkəmizdə çoxlu sayda QHT-lər fəaliyyət göstərir. Uşaq hüquqlarından tutmuş, korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən QHT-lərimiz var. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının QHT-lərə maliyyə yardımlarının edilməsini də xüsusi vurğulamaq lazımdır".

R.Zeyni bildirdi ki, Azərbaycanda vətəndaş cəmiyyəti institutları müxtəlif istiqamətlər üzrə həyata keçirdikləri layihələr nəticəsində xeyli təcrübə toplayıb: "Bu baxımdan düşünürəm ki, QHT-lər dövlətlə partnyorluq etmək imkanlarına malikdir. Bu imkanları dəyərləndirərək bu yaxınlarda QHT-hökumət dialoqu" mövzusunda keçirilən tədbirini qeyd etmək istərdim. Bu görüşdə vətəndaş cəmiyyəti institutlarını bütövlükdə vətəndaş cəmiyyətini maraqlandıran və narahat edən məsələlər müzakirə olundu. Hətta bu görüşdə də qeyd olundu ki, bu dialoq davamlı olsun. Bundan da dövlətimiz, cəmiyyətimiz hansısa müsbət nəticələr əldə etsin". Qərəzli hesabatlar yayan QHT-lərin olduğunu qeyd edən R.Zeyni bildirdi ki, biz demokratik-hüquqi bir dövlətdə yaşayırıq. İnsan hüquqları və demokratiya ilə bağlı çoxlu sayda QHT-lər fəaliyyət göstərir: "Onlar hazırladıqları hesabatları həm Azərbaycan ictimaiyyətinə, həm də beynəlxalq təşkilatlar təqdim edirlər. Çoxlu sayfa şəffaf faəliyyət göstərən QHT-lərimiz var. Amma təəssüf hissilə qeyd etmək lazımdır ki, bəzi QHT-lər təqdim etdiyi hesabatlarda qərəzli mövqe tutur və bu da Azərbaycandakı reallığı əks etdirmir. Düşünürəm ki, belə QHT-lərin qərəzli hesabatları şəffaf deyil və onlar Azərbaycan haqqında yalnış məlumatları dünya ictimaiyyətinə çatdırmağa çalışır. Qərəzli məlumatlar yayan QHT-lərin rəhbərləri bu məsələdə obyektivliyi özü üçün rəhbər tutmalıdır. İlk öncə, düşünməlidir ki, həmin şəxs bu ölkənin vətəndaşıdır. Onların hardan qanaqlandığını isə hamımız yaxşı bilirik".

Babək Hacıyev

Digər xəbərlər