PDF Oxu

Əsas

  • 55

2013-cü ilin büdcəsi güclü sosial inkişafa zəmin yaradır

2013-cü ilin büdcəsi güclü sosial inkişafa zəmin yaradır

Məlum olduğu kimi, Maliyyə Nazirliyi 2013-cü il və sonrakı üç il üçün Azərbaycanın dövlət büdcəsinin və icmal büdcəsinin layihələrini Nazirlər Kabinetinə təqdim edib. Eyni zamanda, İqtisadi İnkişaf Nazirliyi sosial-iqtisadi inkişaf konsepsiyasını hökumətə təqdim edib. Maliyyə Nazirliyindən verilən məlumata görə, büdcə layihəsi və inkişaf konsepsiyasında qarşıdakı illərdə ölkəmizin yüksək inkişafı ilə bağlı ssenarilər öz əksini tapıb. Ötən 8 ayın sosial-iqtisadi göstəriciləri və ümumi daxili məhsulun artım dinamikası respublikamızın maliyyə sabitliyi və artım tempi ilə irəlilədiyini göstərir. Mövcud proqnozlar Azərbaycanda davam edən iqtisadi inkişaf dinamikasının 2012-ci ildə daha da sürətlənəcəyi, maliyyə ehtiyatlarının artımı fonunda respublikamızın sosial-iqtisadi hədəfləri tammiqyaslı şəkildə yerinə yetirəcəyini deməyə əsas verir. Hazırkı makroiqtisadi və makrososial inkişaf proqnozlarına əsasən, 2012-ci ildə ölkədə güclü maliyyə sabitliyi potensialı möhkəmlənəcək, inflyasiyanın birrəqəmli həddə saxlanması və iqtisadiyyatın çoxşaxəliliyinin təmin edilməsi əsas məqsədlərdən olacaq. Təbii ki, bu amillər 2013-cü il üçün yaxşı perspektivləri şərtləndirir. Güclü maliyyə ehtiyatları və nikbin inkişaf ssenariləri fonunda gələn ilin büdcə vəsaitlərinin artımının olmasını şərtləndirir.

2013-cü ilin ekonomik ssenariləri ilə yanaşı, mövcud maliyyə resursaları və dövlət büdcəsi bütün sosial və iqtisadi hədəflərə çatmağa imkan verir. Eyni zamanda, ölkəmizin qarşıdakı 3 ilə dair sosial-iqtisadi inkişaf proqnozları ilə bağlı makroiqtisadi göstəricilər də perspektiv uğurlardan xəbər verir. Cari ilin dövlət büdcəsi respublikamızın inkişaf strategiyasını əks etdirməklə, mühüm iqtisadi və sosial prioritetlərin reallaşmasına əhəmiyyətli dərəcədə baza yaradır. Büdcə layihəsi ölkəmizin sosial, iqtisadi, investisiya bölmələrində əhatəli və davamlı layihələrin həyata keçirilməsini nəzərdə tutan güclü maliyyə resurslarına söykənir. 2013-cü il büdcə layihəsi əvvəlki illə müqayisədə ən azı 10 faiz artımla proqnozlaşdırıla bilər. Bunu ölkəmizin real makroiqtisadi inkişaf göstəriciləri ilə bağlı nikbin proqnozları, eyni zamanda, dünyanın ən nüfuzlu beynəlxalq maliyyə institutlarının iqtisadi proqnozları da şərtləndirir. Məsələn, Dünya Bankı 2013-cü il üçün proqnoz 4,4 faiz təşkil edir. Milli məhsulunu tərkibində neftdən kənar sahələrin, xüsusilə də, qeyri-neft sənayesinin daha çox inkişaf edəcəyi və həmin sahələrdə artım tempinin ikirəqəmli həddə (11,5 faiz) olacağı gözlənilir. ÜDM-in strukturunda neft sektorunun çəkisi ötən ilə nisəbətən artsa da, amma dominantlıq qeyri-neft bölmələrinə aid olacaq. ÜDM-in real artım sürəti də məhz qeyri-neft sektorunun hesabına baş veərəcək və 2012-ci ildə ümumi daxili məhsulun həcminin ABŞ dolları ifadəsi ilə 55 milyard dolları ötəcəy proqnozlaşdırılır.

Eləcə də, Beynəlxalq Valyuta Fondunun da 2013-cü ilə dair sosial-iqtisadi inkişaf proqnozlarında Azərbaycanla bağı kifayət qədər nikbin ssenariləri görmək olar. Fond gələn ildə itisadi artımın davam edəcəyini və mövcud illə nisbətdə daha yüksək inkişaf indikatorlarının qeydə alınacağı proqnozlaşdırılır.

Belə ki, ölkənin sosial-iqtisadi inkişaf proqnozlarına uyğun olaraq növbəti ildə ümumi daxili məhsulun 5,7 faiz artacağı proqnozlaşdırılır. İqtisadi artım qeyri-neft sektoru hesabına baş verəcək. İnkişaf etmiş neft ölkələrinin son iyirmi illik inkişaf dinamikasına nəzər salsaq, bu ölkələrdə neftdən kənar sahələrin illik artım tempinin təxminən 9-10 faiz nisbətində olduğunu görə bilərik. Bütün bunlar gələn ilin dövlət büdcəsinin real artımı üçün başlıca makroiqtisadi-sosial indikatoralar olmaqla yanaşı, güclü iqtisadi dinamitka mühitinin göstəricisidir.

2013-cü ilin büdcə layihəsində neftin dünya qiymətinin gözləntiləri və digər faktorların, büdcənin tərtib olunmasında mövcud reallıqların və dünya maliyyə bazarlarında baş verə biləcək gözləntilərin təmkinlə nəzərə alınacacını, hökumətin büdcə siyasətinə praqmatik yanaşacağını proqnozlaşdırır. Hazırki ssenarilərə görə, neftin dünya bazar qiyməti sabit qalacaq və büdcədə qiymət əmsalının dəyişməsinə ephtiyac qalmır. Gələn il dünya bazarlarında neftin bir barrelinin satış qiyməti 100-110 dollar civarında proqnozlaşdırlır. Bu amil, eyni zamanda, qeyri-neft sektorundakı 10 faizlik dinamika gözlənilir. Neftdənkənar sahələrin sektorial artım dinamikası ölkəmizin qeyri-neft məhsulları üzrə ixrac potensialının əhəmiyyətli dərəcədə artımı üçün real zəmin yaratmış olacaq. Bütün bu amillər büdcəyə əlavə gəlirlərin toplanmasını meydana çıxarmış olacaq.

Mövcud iqtisadi gözləntilər onu deməyə əsas verir ki, ümumi daxili məhsul 2012-ci ildə 2 faiz artacaq. Bu isə gələn ilin büdcə gəlirlərinin təxminən 1 milyard manat artmasına baza yaradır. Digər tərəfdən ilin sonuna kimi, ölkəmizin həm Dövlət Neft Fondunda, həm də Mərkəzi Bankda saxlanılan valyuta ehtiyatları 5 milyard manatdan artacaq. Bu faktor da büdcənin formalaşmasında Neft Fondundan ayırmaların çoxaldılması ehtimalını meydana çıxarır. Bütün bu amillər ölkəmizin gələn il büdcə zərfinin formlaşmasına zəmin yaradır.

2013-cü ilin büdcə zərfinin başlıca istiqamətləri ölkə iqtisadiyyatının inkişaf tempinin qorunub saxlanmasını, sosial-iqtisadi islahatların əvvəlki illərdə olduğu kimi davam etdirilməsini, əhalinin maddi rifahının təmin olunmasını və sosial şəraitinin yaxşılaşmasını, investisiya qoyuluşlarının həyata keçirilməsini, iqtisadiyyatın diversifikasiyasını və digər tədbirləri özündə əks etdirəcək.

Ümumiyyətlə, büdcə layihələri hazırlanarkən strateji inkişaf xəttinə və ölkədə yaranmış makroiqtisadi mühitə uyğun olaraq dövlət büdcəsi gəlirlərinin stabilləşdirilməsinə, qeyri-neft sektorundan və digər real mənbələrdən büdcəyə əlavə daxilolmaların müəyyən edilməsinə, əhalinin sosial rifahının yaxşılaşdırılmasına, aztəminatlı insanların sosial müdafiəsinin gücləndirilməsinə, onların gəlirlərinin və məşğulluq səviyyəsinin yüksəldilməsinə, qeyri-neft sektorunun, sahibkarlığın inkişaf etdirilməsinə, dövlətin müdafiə potensialının artırılmasına, iqtisadi, enerji, nəqliyyat, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunmasına xüsusi diqqət yetirilir. Bu komponentlər 2012-ci ilin büdcə zərfinin başlıca makroiqtisadi və sosial indikatorlarını təşkil edir.

Hazırda respublikamızda reallaşdırılan iqtisadi siyasətin mahiyyətində duran əsas məqam xalqın sosial rifahının yaxşılaşdırılması fonunda Azərbaycanın daha qüdrətli bir ölkəyə çevrilməsini təmin etməkdir və bu, ölkə Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsas prioritetidir. Prezident İlham Əliyev bəyan edib ki, hökumət həmişə olduğu kimi sosial məsələlərə xüsusi diqqət verir və bu sahədə də nəzərdə tutulmuş bütün proqramlar vaxtında icra olunur. Dövlətimizin başçısı sosial proqramların icrası ilə bağlı tədbirlərin bundan sonra da davamlı xarakter alacağını bildirib. Təbii ki, bu ali meyarlar dövlət büdcəsinin əsas milli trendlərini təşkil edəcək. İndiyədək büdcə layihələrində sosial xərclərlə bağlı istiqamətlər onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması və onların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. Respublikamızın ali maliyyə sənədi iqtisadiyyatın sosial məzmununu və investisiyayönümlülüyünü əhatə etməklə sosial-iqtisadi inkişaf, yüksək maddi rifah, ölkəmizin müdafiə potensialının və hərbi qüdrətinin artırılması, enerji, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, sahibkarlığın inkişafına dəstək verilməsi, məqsədli dövlət proqramlarının həyata keçirilməsinə mühüm maliyyə təminatı yarada biləcək. Eyni zamanda, hökumətin əlavə sahələrə, xüsusi olaraq sosial bölmələrə diqqət və qayğını artırmağa imkan vermiş olacaq.

"Səs" Analitik Qrupu

Digər xəbərlər