DünənBinəqədi rayon icra hakimiyyətinin təşkilatçılığı ilə "Oğuzxan" şadlıq sarayında 1 Oktyabr Beynəlxalq Ahıllar Günü münasibəti ilə geniş tədbir keçirildi. Təbdiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısının müavini Vüsal İsmayılov açaraq, bu əlamətdar gün münasibətilə tədbir iştirakçılarını, onların timsalında Binəqədi ərazisində yaşayan ahıl vətəndaşları təbrik etdi. Qədim zamanlardan ağsaqqal, ahıl insanların ən hörmətli, müdrik adamlar hesab olunduğunu, onlara hamının hörmətlə yanaşdığını bildirən V.İsmayılov 1992-ci ildən BMT-nin qətnaməsi ilə 1 oktyabr tarixinin "Beynəlxalq Ahıllar Günü" kimi, 1993-cü ildən isə Azərbaycanda qeyd edildiyini diqqətə çatdırdı. O, 22 iyun 2001-ci il tarixində Ümummilli Lider Heydər Əliyev tərəfindən "Ahıllara sosial xidmət haqqında" imzalanan Qanunu diqqətə çəkdi. Həmin rəsmi sənədə əsasən, ölkədə 70 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları ahıl hesab olunur. Bu gün ahıllara diqqət və qayğı göstərmək hər birimizin mənəvi və vətəndaşlıq borcudur.
Vüsal İsmayılov Azərbaycan Prezideni İlham Əliyev tərəfindən ahıllara həmişə xüsusi diqqət və qayğı göstərildiyini bildirərək, onlar üçün yaradılmış zəruri şəraiti qeyd etdi. Respublikamızda qəbul edilmiş "Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı"na uyğun olaraq rayon ərazisində bu istiqamətdə müvafiq işlər görülür, rayonda yaşayan ehtiyacı olan tənha insanlara - ahıllara maddi və mənəvi yardım göstərilir. Yaşlı nəslin problemlərinin həlli hə zaman rayon icra hakimiyyətinin diqqət mərkəzində saxlanılır. Ahıl vətəndaşların sosial problemləri ilə tanış olmaq, ehtiyaclarını müəyyənləşdirərək əsas məqsəd olaraq yerli icra orqanları tərəfindən həyata keçirilir.
Tədbirdə çıxış edən Respublika Ağsaqqallar Şurasının sədr müavini, İqtisad Universitetinin prorektoru Əli Həsənov, Bakı şəhər Veteranlar Şurasının sədri Məmməd Qarayev, rayon Veteranlar Şurasının sədri Telman Hətəmov çıxış edərək, qeyd etdilər ki. respublikamızda əhalinin həyat tərzinin, sosial rifahının yüksəldilməsində istiqamətində dövlət tərəfindən geniş miqyaslı işlər aparılır. Eyni zamanda, Binəqədi rayonunda da bu mənada insanların mədəni istirahətinin yaxşılaşdırılması üçün quruculuq işləri həyata keçirilir. Bildirildi ki, gənclər, orta nəslin nümayəndələri, hətta ahıllar da cəmiyyətdə gedən inkişaf proseslərində iştirak etməlidirlər. Yaşlıların həyat təcrübəsindən, bilik və bacarıqlarından bəhrələnmək isə nəsillər arasında körpü yaratmaq, varislik əlaqəsini bərpa etmək baxımından çox zəruridir.
Daha sonra çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Nəbi Xəlilov dövlət və dövlət rəhbəri tərəfindən atılan addımların, qəbul olunan qanunların, dövlət proqramlarının ahıl vətəndaşların müdafiəsinin gücləndirilməsinə xidmət etdiyini bildirdi. Son illərdə onlara göstərilən diqqətə və onların sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərə nəzər saldı.
Tədbirdə çıxış edən ahıl rayon vətəndaşlarından bir qrupu onlara göstərilən qayğı və diqqətə görə minnətdarlıqlarını bildirdirlər.
Tədbirin sonunda 1 Oktyabr Ahıllar Günü münasibətilə rayon ərazisində yaşayan 100 nəfər ahıl vətəndaşa rayon icra hakimiyyəti tərəfindən 50 manat maddi yardım təqdim olundu.
ZÜMRÜD BAYRAMOVA