YAP Qax rayon təşkilatı gənclər birliyinin təşkilatçılığı ilə 1 oktyabr Beynəlxalq Ahıllar Günü ilə bağlı tədbirlər keçirib
1 Oktyabr Beynəlxalq Ahıllar Günü ənənəvi olaraq respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi, Qax rayonunda da geniş şəkildə qeyd olunur. YAP Qax rayon təşkilatının nümayəndələrinin iştirakı ilə əlamətdar günlə əlaqədar rayonun bir çox ahıllar evində olmuş, onlara bayram süfrəsi açaraq hədiyyələr vermişlər. Bayram mərasimində YAP Qax rayon təşkilatı aparatının rəhbəri Natiq Allahverdiyev yaşlı nəslin nümayəndələrini salamlayaraq, onlara uzun ömür, can sağlığı arzulayıb.
Qeyd edib ki, BMT Baş Assambleyasının qətnaməsi ilə 1990-cı ildən hər il oktyabrın 1-də qeyd edilən Ahıllar Günü Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildən Azərbaycanda da keçirilir: "Ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan bütün kateqoriyalardan olan insanlar kimi ahıllar da daim diqqət və qayğı ilə əhatə olunublar. Ulu Öndərimiz Heydər Əliyev 2001-ci ildə "Ahıllara sosial xidmət haqqında" Qanun imzalayıb. Həmin qanuna əsasən yaşı 70-ə çatmış Azərbaycan vətəndaşları, habelə, ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab edilirlər. Ölkə Prezidenti İlham Əliyev 2006-cı ildə "Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqram"nın təsdiq edilməsi barədə Sərəncam imzalamış və bu, ahılların sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində islahatların həyata keçirilməsinə şərait yaratmışdır".
YAP Qax rayon təşkilatının gənclər birliyinin sədri Elbrus Tağıyev ahıl vətəndaşları bu əlamətdar gün münasibətilə təbrik etmiş, onların hər zaman ən hörmətli, müdrik insanlar hesab olunduğunu və hamının onlara hörmətlə yanaşdığını bildirib. Həmçinin, qeyd edib ki, ölkəmizdə ahıl insanlara daim böyük diqqət və qayğı göstərilir, onların sosial müdafiəsi istiqamətində məqsədyönlü işlər görülür və genişmiqyaslı proqramlar həyata keçirilir. E.Tağıyevin sözlərinə görə, son illər dünya iqtisadiyyatında tənəzzül və maliyyə böhranı bir çox ölkələrdə maaş və pensiyaların azalmasına, sosial proqramların ixtisarına gətirib çıxardığı halda, Azərbaycanda möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət nəticəsində, bütün istiqamətlərdə olduğu kimi, sosial sahədə də böyük nailiyyətlər əldə edilir, maaş və pensiyalar mütəmadi olaraq artırılır. Bütün bunlar Azərbaycanda sosialyönümlü, insanların rifah halının yaxşılaşdırılmasına istiqamətlənmiş siyasətin həyata keçirildiyinə bariz nümunədır. Ahılların sosial müdafiəsi, onların problemlərinin həlli istiqamətində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi vurğulanmalıdır.
Mərasimdə ağsaqqal və ağbirçəklər də, öz növbələrində, gənclərə öyüd-nəsihətlərini veriblər və onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə və Yeni Azərbaycan Partiyasına minnətdarlıqlarını bildiriblər.
Sonra görüşdə iştirak edən ahıl vətəndaşlara ərzaq bağlamaları təqdim olundu.
R.KAMALQIZI