PDF Oxu

Əsas

  • 41

Ötən 20 ilə tarixi baxış

Yeni Azərbaycan Partiyasının yaranmasını 20 illiyi ilə əlaqədar partiyanın Sabunçu rayon təşkilatı Kəşfiyyat-geofizika ilk ərazi təşkilatının tədbiri keçirilib

Ötən 20 ilə tarixi baxış

Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci ildönümü ilə bağlı Sabunçu rayon təşkilatı Kəşfiyyat-geofizika ilk ərazi təşkilatının tədbiri keçirilib. Partiya fəallarının iştirak etdiyi görüşü açıq elan edən YAP Sabunçu rayon təşkilatının gənclər birliyinin sədri Rəşad Abbasəliyev tədbir iştirakçılarını partiyanın yaranmasının 20 ili münasibəti ilə təbrik etdi: "Ötən 20 illik şərəfli tarixdə bu reallığı görürük ki, partiyanın yaradıcısı, məramnaməsini və nizamnaməsini mükəmməl işləmiş Ulu Öndər Heydər Əliyev Azərbaycanı və xalqımızı tərəqqiyə doğru apararaq, bugünkü qüdrətli, zəngin, müstəqil Azərbaycanın əsasını qoydu. Ötən 20 illik şərəfli tarixdə bu reallığı görürük ki, partiyanın yaradıcısı, məramnaməsini və nizamnaməsini mükəmməl işləmiş Ulu Öndər Heydər Əliyev Azərbaycanı və xalqımızı tərəqqiyə doğru apararaq, bugünkü qüdrətli, zəngin, müstəqil Azərbaycanın əsasını qoydu.

1992-ci il noyabrın 21-də 550 nəfərlə təsis konfransını keçirən Yeni Azərbaycan Partiyasının sıralarında bu gün 600 minə yaxın partiya üzvünün birləşməsi Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqətin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin gələcəyinə inamın göstəricisidir. Yüz minlərlə insanı öz sıralarında birləşdirən YAP uğurlu fəaliyyəti ilə yarandığı gündən xalqın partiyasına çevrilmiş, ötən müddət ərzində ölkədə keçirilən seçkilərdə qələbələri ilə bu həmrəyliyi bir daha nümayiş etdirmişdir. Ötən 20 ildə şərəfli yol keçərək, cəmiyyətin əsas aparıcı siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyası hər bir sınaqdan, çətinliklərdən qalib çıxıb və özünü Azərbaycan xalqına qaliblər partiyası kimi tanıdıb".

R.Abbasəliyev onu da vurğuladı ki, YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva öz uğurlu fəaliyyəti ilə partiyanın rayon təşkilatının sıralarının artmasında xüsusi təbliğatlar aparır. Bununla yanaşı, hər bir partiya üzvünün fərdi problemləri ilə maraqlanır, onların qayğılarına qalır: "Təbii ki, bu kimi addımların atılması, bütövlükdə, Yeni Azərbaycan Partiyasının yürütdüyü uğurlu siyasətin tərkib hissəsidir. Hər bir YAP üzvü belə təşəbbüslərin reallaşması üçün yaxından iştirak etməli, siyasi təşkilatın nüfuzunun ictimaiyyət arasındakı yüksək mövqeyini qoruyub saxlamalıdır".

Tədbirdə YAP Sabunçu rayon təşkilatı kəşfiyyat-geofizika idarəsi ilk ərazi təşkilatının sədri Elxan Yusifov yubiley münasibətilə siyasi həmfikirlərinə səmimi arzularını çatdırdı. E.Yusifov Azərbaycanın son illərdə bütün sahələrdə əldə etdiyi nailiyyətlərdən də danışaraq bildirdi ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan Cənubi Qafqaz regionunun lider dövlətinə çevrilmişdir.

Digər çıxışlarda da Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkəmizin dinamik inkişafından danışıldı.

Tədbirin sonunda partiyaya yeni üzv olanlara vəsiqələr təqdim olundu.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər