PDF Oxu

Əsas

  • 45

Yeni Azərbaycan Partiyası davamlı inkişaf yolunda

YAP Masallı rayon təşkilatı partiyanın 20 illik yubileyi ilə bağlı tədbir keçirib

Yeni Azərbaycan Partiyası davamlı inkişaf yolunda

Respublikamızın bütün regionlarında tarixi bir hadisə Yeni Azərbaycan Partiyasının 20 illik yubileyi ilə bağlı silsilə tədbirlər keçirilir. YAP Masallı rayon təşkilatı da bu tarixi bayramla bağlı artıq ardıcıl olaraq tədbirlər keçirir. Dünən rayon təşkilatı tərəfindən təsdiq edilmiş tədbirlər planı və qrafiklərə əsasən növbəti tədbir Boradigah qəsəbəsinin Yeyənkənd kəndində keçirilib. Tədbirdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev partiyanın yaranma tarixindən, inkişafından bəhs edib:

"Ötən 20 ildə Yeni Azərbaycan Partiyası mühüm hadisələr, qələbələrlə dolu, zəngin, şərəfli bir tarix yaşayıb, davamlı inkişaf yolu keçib. Tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin ideyalarını rəhbər tutaraq, xalqın sağlam qüvvələrini öz ətrafında birləşdirməklə, dövlətçiliyə və millətə xidmət göstərir. Bu günün və gələcəyin partiyası kimi xalqın böyük inamını qazanan Yeni Azərbaycan Partiyasının siyasətinin ana xəttini Vətənimizin və xalqımızın mənafeyinin qorunması, hüquqi dövlət, sivil vətəndaş cəmiyyəti, sabit və sosialyönümlü iqtisadiyyat, azərbaycançılığı ehtiva edən milli birliyin yaradılması, ölkənin milli və iqtisadi təhlükəsizliyinin təmin edilməsi kimi vacib məsələlər təşkil edir".

Natiq bildirib ki, öz dəmir iradəsi, sarsılmaz qətiyyəti, bənzərsiz idarəçiliyi ilə fərqlənən, bütün ömrünü xalqının, Vətəninin tərəqqisinə sərf edən Ümummilli Lider Heydər Əliyev ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, mənəvi-psixoloji həyatına böyük dəyişikliklər, yeniliklər, inkişaf gətirdi: "Ulu Öndərin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası hazırda sıralarında 600 minə yaxın insanı birləşdirir. Ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası özünün Nizamnaməsində qarşıya qoyduğu məqsəd və vəzifələri bu gün də uğurla yerinə yetirir. Bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu layiqli şəkildə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demokratik Azərbaycanın inkişafına öz töhfələrini verir. Möhtərəm Prezidentimizin diqqət və qayğısı nəticəsində Azərbaycanın bütün regionlarında, o cümlədən, Masallı rayonunda da problemlər əsaslı şəkildə həll olunur, abadlıq-quruculuq işləri aparılır".

YAP Masallı rayon təşkilatı idarə heyətinin üzvü Nəsir Muxtarlı çox böyük tarixi yol keçən partiyanın rayon təşkilatının sıralarının günbəgün artdığını bildirdi: "Partiyamızın sıralarında Azərbaycan dövlətinə və dövlətçiliyə sadıq insanlar, ziyalılar, müstəqilliyimizin bərpa olunmasında, ərazi bütövlüyümüzün qorunmasına sadiq olan insanlar, vətəninə, millətinə bağlı olan insanlar təmsil olunurlar. Müstəqil Azərbaycanın inkişafı, iqtisadi-sosial və digər sahələrdə inkişaf proqramının işlənməsində YAP-ın tarixi, əvəzedilməz xidməti var."

YAP Masallı rayon təşkilatının şura üzvləri F.Fətullayev, A.Xəlilov, gənc YAP üzvü G.Mehrəliyeva və başqaları çıxış edərək, xalqın arzularının təcəssümü, yekdil iradəsinin ifadəsi kimi tarixi reallıqdan irəli gələrək, vətənpərvərlik, əqidə birliyi, dövlət müstəqilliyi və azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində yaranan YAP Azərbaycanın siyasi həyatına yeni nəfəs verdiyini, qurtuluş və tərəqqinin simvoluna çevrildiyini bildiriblər.

Sonda Yeni Azərbaycan Partiyasının sıralarına daxil olmuş bir qrup gənc üzvlərə üzvlük vəsiqələri təqdim olunub.

RƏFİQƏ

Digər xəbərlər