PDF Oxu

Əsas

  • 49

İnvestisya proqramı tərtib ediləcək

Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən müşavirənin əhəmiyyəti yüksək qiymətləndirilir

İnvestisya proqramı tərtib ediləcək

Məlum olduğu kimi, Prezident İlham Əliyevin Sədirliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin 9 ayının sosial - iqtisdai inkişaf yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə kecirilmişdir. Müşavirədə Azərbaycanın sosial-iqtisadi və digər sahələrdəki uğurlu nəticələri təhlil olunmuş və Prezident İlham Əliyev əldə olunan nailiyyətlərin davam etdiriləcəyini bildirmişdir. Söhbət etdiyimiz müsahiblərimiz müşavirənin əhəmiyyətini yüksək qiymətləndirərək iqtisadi göstəricilərin inkişaf etməkdə olan dövlətlərin əksəriyyətində belə qeydə alınmadığını və bütün bunlara aparılan düzgün, əsaslı siyasət nəticəsində nail olunduğunu söylədilər.

Millət vəkili Eldar İbrahimov: "Aqrar sahəni canlandırmaq üçün bir çox işlər görülür"

-Son doqquz ayda görülən işlər çox geniş bir sahəni əhatə edir. İqtisadiyyatın ən önəmli sahələrindən biri olan aqrar sahədə də bir çox işlər görülür. Aqrar sahənin inkişafına dair və yeni təsərrüfatın canlandırılması ilə bağlı yeni layihələr hazırlanır. Elə buna görə də koperasiya haqqında qəbul ediləcək. Bir sözlə, ölkəmiz günü-gündən inkiaf edir, çiçəklənir.

Politoloq Cümşüd Nuriyev: "Azərbaycan artıq donor dövlətə çevrilib"

- Azərbaycanda 9 ay ərzində qeyri-neft sektorunda 11% artım, neft sektorunda isə 1,3% artım müşahidə edilmişdir. Azərbaycan dövlətinə qoyulan investisyaların artıq 70%-i ölkəmiz tərəfindən qoyulan investisyalardır. Bir sözlə, Azərbaycan artıq donor dövlətə çevrilib. Bu kimi iqtisadi göstəricilər region dövlətlərdə və inkişaf etməkdə olan dövlətlərin əksəriyyətində yoxdur. Bu, çox uğurla davam etdirilən bir siyasətdir. Əvvəlki dövrlərin davamı olaraq Azərbaycanın xarici və daxili siyasəti uğurla davam etdirilir. Qəbul edilmiş bir neçə dövlət proqramı, pul və kredit siyasəti, sahibkarlığın qorunması, iqtisadiyystın sitimulaşdırılması kimi bir sıra vacib işlər görülmüşdür. Bir sözlə, Azərbaycanın ticarət fablosu müsbətdir. Yəni, respublikamızda ixrac idxalı ən azı 4 dəfə üstələyir. Azərbaycanda pensiyanın artımı, orta aylıq əmək haqqının, gəlirlərin artırılması, və s. ölkəmizin uğurlu iqtisadiyyatının nəticəsi kimi qiymətləndirmək olar. Ərzaq təhlükəsizliyi sahəsində, həmçinin, qeyri-neft sektoruna kifayət qədər dövlətimiz tərəfindən pul ayrılmışdır. Respublikamızda az da olsa aqrar sahədə bəzi problemlər var. Belə ki, bu sahədə elə də ciddi uğurlar əldə etməmişik.

Millət vəkili Hadı Rəcəbli: "Keçən illə müqayisədə bu il, sosial məqsədlər üçün ayrılan pul vəsaiti yüksəkdir"

-Azərbaycan iqtisadiyyatının bütün bölmələrində uğurlu addımlar atılır. Əldə edilən gəlirlər insanların, sosial rifah halının yaxşılaşdırılmasına yönəldilib. Bu proses ölkəmizdə ardıcıl həyata keçirildiyi üçün ciddi problemlərlə üzləşmirik. Bütün bunlar isə ölkə başçısı cənab İlham Əliyevin apardığı uğurlu məqsədyönlü siyasətin nəticəsidir. Məhz buna görə də regionlarımızda yoxsulluq faizi aşağı düşümüşdür, sosial məqsədlər üçün ayrılan pul vəsaitlərində, həmçinin, pensiyaların artımı müşahidə edilmişdir. Gələn il, 2013 cü ildən sonra isə bu artım daha da çox olacaqdır. Keçən illə müqayisədə bu il, sosial məqsədlər üçün ayrılan pul vəsaiti yüksəkdir. Buna görə də ölkəmizdə baş verən bu prosesləri yüksək və müsbət qiymətləndirirəm.

Millət vəkili Vahid Əhmədov: "2013 cü ildə dövlət büdcəsinin xərcləri 20 milyard manat olacaqdır"

- Müşavirədə əsas məsələlər, o cümlədən, son doqquz ayda görülmüş işlər təhlil edildi. Azərbaycanın neft həçminin, qeyri- neft sektorunun inkişafındakı nailiyyətləri ön plana çəkildi. Son doqquz ayda Azərbaycanda əhalinin pul gəlirləri 12% artmışdır, ümumu daxili məhsul 1,5 faiz artım müşahidə edilmişdir. Avropa və digər dövlətlərdə iqtisadi enmələr günü-gündən artır. Baxmayaraq ki, dünya iqtisadi cəhətdən böhran yaşayır. Bu böhran isə Azərbaycan da hiss olunmadı. Çünki Azərbaycanda ixrac məhsulunun əsasının neft və qaz məhsulları təşkil edir. Amma çox müsbət haldır ki, 2012-ci ilin 9 ayında Azərbaycanın neft həçminin qeyri-neft sektorunun inkişafına diqqət yetirilib. Prezident İlham Əliyev hər zaman qeyri- neft sektorunun inkişafına diqqət yetirilməsini ön planda saxlanılmasını tələb edir. Bu, çox düzgün fikirdir. Belə ki, neftin də tükənən vaxtları olacaqdır. Bunun üçün də biz qeyri- neft sektorunun inkişafına, kənd təsərrüfatının sənayeləşməsi, turizm sahəsinə, həmçinin, insan kapitalına çoxlu investisya qoyulmasını istəyirik. İnvestisaya layihələrinin həyata keçirlməsi müsbət haldır. Sənayeləşmə qeyri-neft sektorunda vacib yer tutduğu üçün bu məsələyə diqqət artırılıb. 2013- cü ildə dövlət büdcəsinin xərcləri 20 milyard manat olacaqdır. Prezident İlham Əliyevin göstərişinə əsasən, bu ilin axırına kimi, investisya proqramı tərtib ediləcək. 2013-cü ilin yanvar-fevral aylarından bu layihələr üzərində işə başalnılacaqdır.

Ruqiyyə Cəfərova

Digər xəbərlər