PDF Oxu

Əsas

  • 40

Tarixi qələbənin 20 illiyi

YAP Nərimanov rayon təşkilatı partiyanın yubileyi ilə bağlı növbəti tədbirini keçiridi

Tarixi qələbənin 20 illiyi

Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illik yubileyi münasibətilə YAP Nərimanov rayon təşkilatı tərəfindən silsilə tədbirlər həyata keçirilir. Belə ki, dünən həmin təşkilatın ofisində mini-futbol yarışnın keçirilməsi ilə bağlı püşkatma mərasimi keçirildi. Mərasimdə Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev YAP-ın keçdiyi keşməkeşli yola nəzər salaraq bildirdi ki, tarixi zərurətdən yaranan YAP çətin və şərəfli yol keçməklə yanaşı, həm də siyasi-ictimai mühitdə kifayət qədər nüfuz toplamış siyasi təşkilatdır: "Yeni Azərbaycan Partiyası çox böyük tarixi yol keçib. Nərimanov rayon təşkilatımızın sıraları günbəgün artır. Partiyanın ideyalarına sadiq insanlar, Azərbaycan dövlətinə və dövlətçiliyə sadıq insanlar, ziyalılar, müstəqilliyimizin bərpa olunmasında, ərazi bütövlüyümüzün qorunmasına sadiq olan insanlar, vətəninə, millətinə bağlı olan insanlar bu partiyada təmsil olunurlar. Müstəqil Azərbaycanın inkişafı, iqtisadi-sosial və digər sahələrdə inkişaf proqramının işlənməsində YAP-ın tarixi, əvəzedilməz xidməti var".

Ötən 20 ildə şərəfli yol keçdiyini deyən T.Tağıyev bu gün partiyanın 600 mindən çox üzvü olduğunu söylədi: "Ötən 20 ildə şərəfli yol keçərək, cəmiyyətin əsas aparıcı siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyası hər bir sınaqdan, çətinliklərdən qalib çıxıb və özünü Azərbaycan xalqına qaliblər partiyası kimi tanıdıb".

T.Tağıyev Nərimanov rayon təşkilatınada gənclərlə mütəmadi görüşlərin keçirilməsinə, onların elm, təhsil, sağlamlıq sahələrində maarifləndirilmələrinə də toxunub. Bildirib ki, bu yaxınlarda təşkilatımızda xaricdə təhsil alan bir qrup gənclərlə görüş keçirildi: "Belə görüşlərin keçirilməsində əsas məqsəd gənclərin dövlət tərəfindən daima diqqət və qayğı ilə əhatə olunmasını bir daha onlara çatdılmaqdır. Eyni zamanda, tez-tez belə görüşlərini keçirilməsində məqsəd gənc nəslin yüksək biliklərə yiyələnməsi, layiqli vətəndaş kimi formalaşmasından ibarətdir".

Rayon təşkilatının sədri, həmçinin, azərbaycanlı gənclərin xaricdə təhsili üzrə Dövlət Proqramının əhəmiyyətini də vurğulayıb: "Bu proqram çərçivəsində minlərlə gəncimiz dünyanın nüfuzlu ali məktəblərində təhsil alırlar. Onlar yüksək biliklərə yiyələnməli və dövlətimizin etimadını doğrultmalıdırlar. Təbii ki, bu fakt neft kapitalının insan kapitalına çevrilməsinin göstəricisidir. Azərbaycan Prezidenti İlham Əliyev bu məsələyə xüsusi diqqət yetirir".

Bakının mərkəzi rayonlarından biri olan Nərimanov rayonunda da dövlətin gənclər siyasəti yüksək səviyyədə həyata keçirildiyini deyən rayon gənclər və idman idarəsinin rəisi Nəcəf Novruzov gənclərin ölkənin ictimai-siyasi həyatında yaxından iştirakından, onların hərtərəfli gənc kimi inkişafı istiqamətində bir sıra tədbirlərin həyata keçirilməsindən danışdı. İdarə rəisi dövlət tərəfindən gənc nəslə çox böyük diqqət göstərildiyini və bu qayğıya cavab olaraq gənclərin öz uğurlarını ildən-ilə artırdığını bildirdi: "Azərbaycan cəmiyyətinin əsas məqsədi müasir, savadlı, vətənpərvər gəncliyin yetişdirilməsinə nail olmaqdır. Gənclərimizin azərbaycançılıq, dövlətçilik, xalqımızın tarixinə, adət-ənənələrinə, milli-mənəvi və dünyəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunması dövlətimizin daim diqqət mərkəzindədir".

N.Nəcəfov bildirdi ki, bu gün gənclərimizin vətənpərvər ruhda tərbiyə olunması, mükəmməl şəkildə təhsil alaraq, müasir tələblərə cavab verən peşəyə sahib olması və onların ölkənin tərəqqisində fəal iştirak etməsi üçün məqsədyönlü iş gedir. Onun sözlərinə görə, dövlət hər bir addımında gəncləri müdafiə etdiyini və dəstəklədiyini nümayiş etdirir.

Sonda turnirin püşkü atıldı.

RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər