Respublikamızın şəhər və rayonlarında Yeni Azərbaycan Partiyasının 20 illik yubileyi ilə əlaqədar geniş tədbirlər keçirilməkdə davam edir. YAP Gədəbəy rayon təşkilatı da Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci ildönümü münasibətilə geniş tədbirlər planına əsasən, ərazi ilk partiya təşkilatlarında tədbirlər keçirilir. Dünən partiyanın yubileyi ilə bağlı stolüstü tennis yarışı keçirilibdir.
YAP Gədəbəy rayon təşkilatının sədri Ramazan Muradov mərasimdə çıxış edərək, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, ötən illərdə qazanılmış uğurlardan danışıb. R.Muradov Ümummilli Liderimiz Heydər Əliyevin Azərbycanın müstəqilliyi uğrunda apardığı yorulmaz fəaliyyət, Ulu Öndərin layiqli davamçışı ölkə Prezidenti İlham Əliyevin Azərbaycan gəncliyinə və idmanın inkişafına göstərdiyi diqqət və qayğı, eləcə də, dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət barədə ətraflı məlumat verib.
Sonda rayon təşkilatınnı sədri stolüstü tennis yarışının qaliblərini təbrik etdi.
Aytən