PDF Oxu

Əsas

  • 57

Azərbaycanın dövlət müstəqilliyinin 21 ili: reallıqlar və perspektivlər

Azərbaycanın dövlət müstəqilliyinin 21 ili: reallıqlar və perspektivlər

Dünən Binəqədi rayon icra hakimiyyəti və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənqurma İnstitutunun birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 21-ci ildönümü münasibətilə Azərbaycanın dövlət müstəqilliyin ildönümünə həsr olunmuş "Azərbaycanın dövlət müstəqilliyin 21 ili: reallıqlar və perspektivlər" mövzusunda elmi-praktik konfrans keçirildi. Konfransa başlamazdan öncə Azərbaycan Dövlətinin himni səsləndirildi.

Tədbiri giriş sözü ilə açan BPKİYİ-nin rektoru, professor Asəf Zamanov tədbir iştirakçılarını müstəqillik günü münasibətilə təbrik etdi. O bildirdi ki, bu gün milli müstəqilliyimizin işığına toplaşmışıq. Azərbaycan xalqı əsrlər boyu azadlıq arzusu ilə yaşamış, milli azadlıq, istiqlal uğrunda mübarizə aparmışdır.

A.Zamanov bildirdi ki, 21 ildir ki, xalqımız öz müstəqil dövlətinin sahibidir və ölkəmiz dünya dövlətləri arasında öz inkişafı və tərəqqisinə görə ən dinamik inkişaf edən dövlətdir. 1992-ci ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər ölkədə hökm sürən hərc-mərcliyə son qoyaraq, ilk növbədə, sabitliyə nail oldu. Azərbaycan qısa müddətdə, demək olar ki, bütün nüfuzlu qurumların və beynəlxalq təşkilatların üzvü oldu. Dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə köklü dəyişikliklər baş verdi. 1994 - cü ildə imzalanan "Əsrin Müqaviləsi" ölkənin iqtisadi cəhətdən inkişafına təkan verdi, müstəqilliyimizin möhkəmləndirilməsində müstəsna rol oynadı. Müstəqil Azərbaycanın inkişafina və tərəqqisinə nəzər salarkən, görünür ki, o, inkişaf etmiş ölkələr sıralarındadır. Bu gün dünyada iqtisadi artım baxımından ən surətli inkişaf Azərbaycanı daha zəngin ölkəyə çevrilməkdədir. Ulu Ümumilli Lider Heydər Əliyevin uzaqgörən, məqsədyönlü siyasətini həyata keçirən ölkə Prezidenti İlham Əliyevin tərəfindən aparılan iqtisadi siyasət, islahatlar nəticəsində maddi imkanlarımız günbəgün artır, ölkəmizdə sülh, sabitlik bərqərar olduqca, istər regionda, istərsə də beynəlxalq aləmdə mövqelərimiz daha da güclənir.

Tədbirdə çıxış edən Binəqədi rayon icra hakimiyyəti başçısının müavini Vüsal İsmayılov "21 il regionların infrastrukturunun formalaşması" mövzusu ətrafında çıxış edərək, Azərbaycanın 21 ildə keçdiyi inkişaf yoluna nəzər saldı. Bu gün qeyd etdiyimiz milli müstəqilliyimizin qorunub saxlanılmasında və möhkəmləndirilməsində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışdı. O bildirdi ki, iyirmi bir il bundan öncə, oktyabrın 18-də xalqımızın tarixində böyük hadisə baş vermiş, Azərbaycan yenidən dövlət müstəqilliyini qazanmışdır. Ulu Öndərin hakimiyyətə qayıdışı ilə müstəqilliyimiz əbədi olmuş, dönməz xarakter almışdır.

Tədbirdə "Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası" mövzusunda çıxış edən AMEA-nın prezidentinin müşaviri, akademik Asəf Nadirov bildirdi ki, 21 il ərzində əldə edilən nailiyyətlər göz önündədir. Ümummilli Liderin hakimiyyəti illərində Azərbaycan iqtisadiyyatında əsaslı dönüş yaradılmışdır.

O bildirdi ki, müstəqilliyin ilk illərində xalqın qarşılaşdığı çətinliklər yenə də Ümummilli Liderin Azərbaycan rəhbərliyinə qayıdışı ilə aradan qalxmış oldu. Həyata keçirilən uğurlu daxili və xarici siyasət, xalqın milli-mənəvi dəyərlərindən çıxış etməklə görülən işlər Heydər Əliyevi xalqımızın Ümummilli Liderinə çevirməklə bərabər, dövlətimizi də dünyanın qabaqcıl dövlətləri sırasına yüksəltdi.

YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə "Azərbaycan mətbuatı müəstəqillik illərində" mövzusunda geniş məruzə ilə çıxış edərək, Azərbaycan mətbuatının keçdiyi şərəfli yola nəzər saldı. O, qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyev hakimiyətdə olduğu illərdə mətbuatla yaxın əməkdaşlıq etmişdir. Ulu Öndərin hakimiyyəti illərində senzuranın ləğv olunması, qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borclarının dondurulması və sonradan ləğv olunması mətbuata olan qayğının bariz nümunəsidir. Bu gün isə mətbuat özü-özünü tənzimləyir. Ümummili Liderin layiqli davamçısı olan İlham Əliyevin hakimiyyəti dövründə "Əməkdar jurnalist" fəxri adının bərpa olunması, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması, ən önəmlisi isə jurnalistlərin mənzil problemlərinin yaxşılaşdırılması istiqamətində onların mənzillə təmin olunması ilə bağlı imzaladığı Sərəncam dünyada analoqu olmayan qayğıdır. Bu qayğı bütün sahələrdə hiss olunur.

Tədbirin sonunda rayon gənclər və idman idarəsi tərəfindən rayon məktəbliləri arasında "Müstəqillik üzərində Azərbaycanın neft strategiyası" mövzusunda keçirilmiş inşa müsabiqəsi qalibləri mükafatlandırıldı.

ZÜMRÜD

Digər xəbərlər