Xədicə İsmayılovanın "Səs" qəzetinə qarşı qaldırdığı məhkəmə iddiaları təmin edilmədi
"Azadlıq" radiosunun "xanım" əməkdaşı Xədicə İsmayılovanın qəzetimizə qarşı qaldırdığı məhkəmə idddiası, əslində, bu "xanımın" jurnailstikadan, araşdırmaçılıqdan, ümumiyytətlə, mənsub olduğu peşə fəaliyyətindən xəbərsiz olmasını bir daha təsdiq etdi. Belə ki, X.İsmayılovanın iddialarında, daha dəqiqi, məhkəmə vasitəsilə "Səs" qəzetinə qarşı qaldırdığı qərəzli mövqeyində onun anlamadığı, yaxud anlamaq istəmədiyi bir çox məsələlər mövcuddur. Və maraqlısı da odur ki, onun anlaya bilmədiyi hər hansı bir ifadəni, cümləni, xitabı hüquqi müstəvidə münasibət sərgiləmək cəhdi ittiham edilən məqalə(lər)in müəllifi kimi məni də qane etmirdi. Çünki irəli sürülən iddialar fonundakı bütün ittihamlar bütövlükdə ƏSASSIZlLIQ təşkil edib. İddialardan o da bəlli idi ki, demokratiya axtarışına çıxan "Azadlıq" radiosunun jurnalisti burada jurnalistlərin subyektiv fikirlərinin qarşısını almaq məqsədi güdüb. Və söz yox ki, həmin əsassızlıq məhkəmə tərəfindən ədalətli qərarın çıxması ilə nəticəsini tapıb. X.İsmayılovanın "Səs" qəzetinə qarşı Səbail rayon məhkəməsində qaldırdağı iddia məhkəmə tərəfindən kifayət qədər ciddi araşdırılmış və X.İsmayılovanın təzminat tələbi rədd edilmişdir.
Hüquqi çərçivədən çıxaraq, X.İsmayılovanın "ittihamlarını" belə dəyərləndirmək mümkündür. Məsələn, X.İsmayılovanın "müsavat tv.com"-də yayımlanan məlum videoçarxı burada subyektiv jurnalist fikrinin ortaya çıxmasına, nəticədə, tənqidi məqalələrin yazılmasına şərait yaradıb. Sual olunur: Nəyə görə X.İsmayılova "müsavat. tv"-ni məhkəməyə vermir, ancaq onun haqqında real, gerçəkliyi əks etdirərək, tənqidi yazı dərc edən "Səs" qəzetindən məhkəmə vasitəsilə təzminat ödəməsini tələb edir?
Amma bu kimi suallara məhkəmədə tam aydınlıq gətirildi. Məhz bu və digər isbatlardan nəticə çıxararaq demək mümkündür ki, X.İsmayılovanın iddiaları qərəzli və ƏSASSIZ OLUB. Və bu əsassızlığın tam sübutu X.İsmayılovanın "Səs" qəzetinə qarşı qaldırdığı iddiasında məhkəmə tərəfindən real və ədalətli cavab verildi. Daha böyük şərhə isə, məncə, ehtiyac yoxdur.
RÖVŞƏN RƏSULOV