PDF Oxu

Əsas

  • 34

Qanunuz aksiyalarının təşkil olunub keçirilməsinə tətbiq olunan cərimələr artırılacaq

Qanunuz aksiyalarının təşkil olunub keçirilməsinə tətbiq olunan cərimələr artırılacaq

Musa Qasımlı: "Bir neçə nəfərin və ya qrupun maraqlarına xalqın maraqlarını qurban vermək olmaz"

Araz Əlizadə: "Müxalifət düşünür ki, şəhərin mərkəzində mitinq keçirsələr, yoldan keçənlər də onlara qatılacaqılar"

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanuna, İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə dəyişikliklər barədə qanun layihələri müzakirə olunub.

Komitənin iclasında millət vəkili R.Cəbrayılov bildirib ki, hazırda hökumətin keçirilməsinə razılıq vermədiyi kütləvi aksiyada iştirak edən şəxslər 7 manatdan 13 manatadək cərimə olunurlar. Milli Məclis Aparatına təqdim olunan layihədə bu cərimənin 500 manatdan 1000 manatadək artırılması təklif edilib. Cüzi bir cəriməni illərlə qanunsuz toplantı keçirib ödəmək olar.

Məsələ ilə bağlı "Səs" qəzetinə açıqlama verən millət vəkili Musa Qasımlı bildirdi ki, Azərbaycan hər hansı bir məsələni təzyiqlər, nümayişlər və piketlər yolu ilə həll edilməsi cəhdləri dövrü arxada qalıb. Azərbaycanda istər parlament, istərsə də, prezident seçkiləri məsələləri küçələrdə deyil, seçkilərdə xalqın iradəsinin ifadəsi ilə həll olunur. Hakimiyyətə gəlməyin yeganə yolu seçkilərdir. Bu gün bəzi xarici dövlətlər Azərbaycanın inkişafının qarşısını almaq üçün ölkədə qarışıqlıq, hərc-mərclik yaratmaqda maraqlıdırlar. Onlar qarışıqlıq yaratmaqla öz istəklərinə nail olmaq istəyirlər. Lakin Azərbaycan dövləti bu gün çox güclüdür və hesab edirəm ki, qanunlarımız sərt və ədalətli olmalıdır. Bir neçə nəfərin və ya qrupun maraqlarına xalqın maraqlarını qurban vermək olmaz. Buna görə də cəzaların sərtləşdirilməsini, sanksiyaların gücləndirilməsini vacib hesab edirəm.

Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə isə bildirdi ki, müxalifət düşünür ki, şəhərin mərkəzində mitinq keçirsələr yoldan keçənlər də onlara qatılacaqılar. Amma ayrılan yerdə mitinq keçirsələr, ora adam yığa bilməyəcəklər. Elə ölkələr var ki, mitinqlərin keçirilməsi üçün xüsusi yerlər müəyyən olunub. Məsələn, Londonda mitinqlər Hayd Park deyilən yerdə keçirilir. Əgər başqa yerdə mitinq təşkil olunub keçirilərsə, həbslərlə nəticələnir və cərimələr tətbiq olunur. Rusiyada da belə bir qanun var. Azərbaycan da bu yolla gedir. Müxalifət sözügedən qanuna əlavə və dəyişiklikləri ona görə qəbul etmir ki, aldıqları pulları büdcə ilə bölüşməli olacaqlar. Onlara kim pul verirsə, həmin adamlar gəlib müşahidə edib, bu mitinqlərdə çəkilişlər aparırlar. Yəni müşahidə edirlər ki, onlara ayrılan pulun qarşılığında nə edirlər.

Babək Hacıyev

Digər xəbərlər