PDF Oxu

Əsas

  • 21

Kəlbəcərlilər YAP-ın 20 illiyini qeyd edib

Kəlbəcərlilər YAP-ın 20 illiyini qeyd edib

Yeni Azərbaycan Partiyasının (YAP) Kəlbəcər Rayon Təşkilatında partiyanın yaranmasının 20 illik yubleyi qeyd olunub. Tədbirdə rayon İcra Hakimiyyəti Aparatının rəhbəri Vidadi Məmmədov, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, YAP Mərkəzi Aparatının məhsul işçisi Rafael Gülmməmmədov, partiyanın Siyasi Şurasının üzvi Firdovsi Əliyev, eləcə də partiyanın rayon təşkilatının sədr və üzvləri iştirak ediblər. SİA-nın bölgə müxbirinin məlumatına görə, ilk olaraq ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub. Ardından bayram tədbiri keçirilib.

İlk olaraq çıxış edən partiyanın Kəlbəcər rayon təşkilatının sədri Akif Əsgərov qeyd edib ki, 1992-ci ildə zərurətdən yaranan Yeni Azərbaycan Partiyası ölkəmizin müstəqilliyinin qorunub saxlanılması və gələcək inkişafında xüsusi əhəmiyyətə malikdir: "Naxçıvanda təsis edilən partiya Heydər Əliyevin sədrliyi ilə ölkəmizin inkişafında önəmli rol oynadı. Həmişə olduğu kimi, bu gün də ulu öndərin daxili və xarici siyasətini bəyənən kəlbəcərlilər bu gün də sözügedən siyasi kursun layiqli davamçısı prezident İlham Əliyevin ətrafında sıx birləşiblər. Xalqın YAP-a olan inamı ildən ilə artır. Hazırda ölkənin 56 rayonunda məskunlaşan kəlbəcərlilərin 4 mindən artığı bu partiyanın üzvüdür. Bu gün sözün həqiqi mənasında hakim partiya ən güclü siyasi qüvvədir ki, ölkədə bu siyasi qüvvənin alternativi yoxdur".

"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev də partiyanın son 20 ildəki fəaliyyətinə nəzər salıb. Ulu öndərin ziyalıların müraciətinə cavabının məhz "Səs" qəzetində çap edildiyini bildirən baş redaktor partiyanın Heydər Əliyevin uzaqgörən siyasi kursunun nəticəsində misli görünməyən uğurlara imza atdığını dilə gətirib: "Yeni Azərbaycan Partiyası Qafqazda ən güclü siyasi qüvvədir. Partiyanın 11 ili dahi siyasətçi Heydər Əliyevin rəhbərliyi altında, 9 ili isə prezident İlham Əliyevin sədrliyi ilə Azərbaycanı yeni-yeni uğurlara imza atır. Prezident İlham Əliyevin dəqiq və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan bir çox beynalxalq tədbirlərə ev sahibliyi edir, bütün siyasi tədbirlərdə uğurlar qazınır. Ən önəmli məsəllərdən biri kimi onu deyə bilərəm ki, partiyada bu gün gənclərə xüsusi yer verilir. Ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiq qalan savadlı, əqidəli gənc kadrlar irəli çəkilir".

Rayon İcra Hakimiyyəti başçısı Vidadi Məhərrəmov da partiyanın dövlətimizin müstəqilliyi və suvernliyi, həmçinin inkişafı üçün gördüyü xidmətlərdən danışıb: "Məhz Yeni Azərbaycan Partiyasının iqtidara gəlməsindən sonra Heydər Əliyevin siyasi dünyagörüşü, təcrübəsi, şəxsi keyfiyyətləri nəticəsində ölkədə özbaşınalıq və hərcmərclik dayandırıldı. Siyasi sabitlik bərqərar olundu və ölkə yeni inkişaf mərhələsinə qədəm qoydu. Əhalinin rifahı yaxşılaşıb və xalqın dövlətə inamı artmaqdadır. Mən əminəm ki, 2013-cü ildə keçiriləcək prezident seçkilərində kəlbəcərlilər bir daha İlham Əliyevin namizədliyini dəstəkləyəcək və Yeni Azərbaycan Partiyasının ətrafında sıx birləşəcək".

Tədbirin sonunda partiyanın 20 illik yubileyi münasibəti ilə Gəncədə keçirilən futbol turnirində fərqlənən kəlbəcərli idmançılara fəxri fərmanlar verilib.

Rəsmi hissənin ardından isə konsert proqramı təşkil olunub.

Sia

Digər xəbərlər