Dünən YAP Samux rayon təşkilatı Qarayeri qəsəbə və Sərkar kənd ərazi ilk partiya təşkilatlarında Yeni Azərbaycan Partiyasının 20 illik yubileyinə həsr olunmuş tədbirlər keçirib. Tədbirdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov çıxış edərək, bildirib ki, Yeni Azərbaycan Partiyasının tarixi yoluna nəzər salsaq, bu partiya bütün fəaliyyəti dövründə müstəqilliyimizin qorunmasına və möhkəmlənməsinə, Azərbaycanın beynəlxalq siyasi arenasındakı mövqelərinin tanınmasına, xalqın rifah halının durmadan yaxşılaşmasına xidmət etmişdir:
"1992-ci ilin noyabr ayında Azərbaycanın mütərəqqi qüvvləri Ulu Öndər Heydər Əliyev ətrafında birləşərək, xalqımızın həyatını kökündən dəyişən Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycanın müasir tarixində çox mühüm hadisəyə çevrildi. Ümummilli Lider Heydər Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasət nəticəsində atəşkəs əldə edildi, böhran aradan qaldırıldı, ölkəmiz müstəqil dövlət kimi formalaşmağa başladı. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən iqtisadi islahatlar daha da sürətləndi və ölkə iqtisadiyyatında yeni inkişaf mərhələsinin əsası qoyuldu". Tədbirdə YAP Samux rayon təşkilatı Qarayeri qəsəbə və Sərkar kənd ərazi ilk partiya təşkilatlarının YAP üzvləri Göyçək Namazova, Tacirə Məmmədova, Gözəl Mustafayeva, Nurlana Kazımova, Şəmistan Yusifov, Kamil Vəliyev, Nəriman Paşayev və başqaları çıxışlarında qeyd ediblər ki, partiyanın bütün üzvləri onun yaradıcısı və xalqımızın Ümummilli Lideri Heydər Əliyev ideyalarına daim sadiq olmuş və onun göstərdiyi yolla getmişdir. Bu gün ölkəmizin sürətli inkişafında, tərəqqisində hakim partiyanın böyük rolu var. 1993-cü ildən iqtidarda olan YAP-ın sıraları gündən-günə kəmiyyət və keyfiyyət baxımından daha da təkmilləşir, nüfuzu artır. Partiyanın sıralarında yüz minlərlə üzvün birləşməsi ona olan inamın göstəricisidir. Tədbirin sonunda bir qrup fəal YAP üzvülərinə fəxri fərmanlar və gənclərə partiya üzvlük vəsiqələri təqdim olunub.
A.Səmədova