PDF Oxu

Əsas

  • 36

Xalqa dayaq partiya

YAP-ın yaranmasının 20-ci ildönümü münasibətilə partiyanın Nərimanov rayon təşkilatı qadınlar şurasının tədbiri keçirilib

Xalqa dayaq partiya

Dünən Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci ildönümü münasibətilə partiyanın Nərimanov rayon təşkilatı tərəfindən növbəti tədbir təşkilatın qadınlar şurası tərəfindən keçirilib. Tədbir iştirakçıları rayon təşkilatının qəraragahında qoyulan partiyanın yaradıcısı, Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad etdilər.

Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatı qadınlar şurasının sədri Məhəbbət İbrahimova partiyanın ötən 20 ildə şərəfli yol keçdiyini bildirdi: "YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafında xidmətləri danılmazdır və partiyamızın bu istiqamətdə gördüyü böyük işlər hər bir vətəndaşımız tərəfindən yüksək qiymətləndirilir. Buna görədir ki, partiyamızın, o cümlədən, YAP-ın Nərimanov rayon təşkilatının sıraları günbəgün artır".

YAP-ın sıralarında qadınların kifayət qədər fəal təmsil olunduqlarını deyən M.İbrahimova onu da bildiridi ki, Ulu Öndər Heydər Əliyev hər zaman qadınlarımıza xüsusi diqqət və qayğı ilə yanaşıb: "Onun bu siyasətini ölkə Prezident İlham Əliyev layiqincə davam etdirir. Eyni zamanda, qeyd etməyi özümə borc bilirəm ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin üzvü Mehriban xanım Əliyevanın fəaliyyəti istər YAP-ın üzvü olan qadınlar, istərsə də ümumilikdə, Azərbaycan qadınları üçün bir nümunə təşkil edir. Mehriban xanım Əliyeva, nəinki ölkə daxilində böyük işlər görür, hətta xarici ölkələrdə də Azərbaycanın mədəniyyətini, ədəbiyyatını, incəsənətinin təbliği istiqamətində mühüm addımlar atır. Mehriban xanımın təhsil, səhiyyə sahələrinin inkişafındakı xidmətləri də cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir, daim təqdir olunur. Onun fəal mövqeyi, milli və dövlətçilik maraqlarına xidmət edən çoxşaxəli fəaliyyəti təbii ki, hər bir qadınımız üçün böyük örnəkdir".

Azərbaycan Müəllimlər İnstitutunun rektoru, millət vəkili Aqiyə Naxçıvanlı bildirdi ki, məhz Ulu Öndər Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi, zəngin dövlətçilik təcrübəsi nəticəsində Azərbaycan dövlətçiliyi məhvolma təhlükəsindən xilas olub: "Ulu Öndərin titanik fəaliyyəti nəticəsində ölkə daxilində ayrı-ayrı siyasi qüvvələrə tabe olan hərbi birləşmələr ləğv edildi, vətəndaş müharibəsi və separatçılığın qarşısı alındı. Bu gün müstəqil Azərbaycan Respublikası, möhkəm özülə söykənən dövlətçiliyimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu gələcəyə doğru addımlayır".

YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva bildirdi ki, YAP zamanın tələbi ilə yaranıb: "Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə yaranan YAP qısa müddət sonra iqtidar partiyasına çevrildi. 1993-cü ildə Azərbaycan Prezidenti seçilən Ulu Öndər Heydər Əliyev dövlətçilik təcrübəsindən istifadə edərək, ölkədə ictimai-siyasi sabitliyi təmin etdi, vətəndaş müharibəsinin qarşısını aldı və müstəqil Azərbaycanın tərəqqisinin əsasını qoydu. Bu gün Ulu Öndərin siyasi kursunun YAP Sədri, Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində Azərbaycan yeni-yeni uğurlar əldə edir".

Millət vəkili Leyla Abdullayeva Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkədə bütün sahələrin, o cümlədən, təhsil və elmin özünün yeni inkişaf mərhələsini yaşadığını bildirdi: "Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranmış YAP-ın ötən 20 il ərzində dövlətçiliyimizin möhkəmlənməsində, Azərbaycan cəmiyyətinin inkişafında və yeniləşməsində müstəsna xidmətləri olub".

Tədbirdə çıxış edən digər natiqlər də diqqətə çatdırdılar ki, YAP hər zaman Azərbaycan dövlətçiliyinə, Ümummilli Liderimiz Heydər Əliyevə və Onun ideyalarına sadiq olub.

R. Hüseynova

Digər xəbərlər