PDF Oxu

Əsas

  • 28

YAP Gənclər Birliyi imkansızları və kimsəsizləri ziyarət edib

YAP Gənclər Birliyi imkansızları və kimsəsizləri ziyarət edib

Azərbaycanda ən böyük gənclər ordusunu öz ətrafında birləşdirən Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi mütəmadi olaraq müxtəlif tədbirlər və layihələr həyata keçirir. YAP Gənclər Birliyinin təşkil etdiyi davamlı aksiyalardan biri də xeyriyyəçilik tədbirləridir. Müqəddəs Qurban bayramı münasibəti ilə Gənclər Birliyinin üzvlərinin keçirdiyi növbəti aksiyada Bakı şəhərinin 11 rayonunu əhatə edən 200-dən artıq imkansız və kimsəsiz ahıl insanlara Qurban paylarının verilməsi olub. YAP Gənclər Birliyinin sədri Seymur Orucov çıxışında bildirib ki, dünya müsəlmanlarını bir araya gətirən bu mərasimlə Allah yolunda xeyriyyə işləri görülür, kasıblara əl tutulur: "Həmin günlər qurban kəsib paylamaq isə ən xeyirxah əməl sayılır. İnsanları halallığa, paklığa səsləyən Qurban bayramı hər bir müsəlmanın bayramıdır. Bu bayram yardımlaşma, ətrafdakı insanlara diqqət və qayğı göstərilməsini bizdən tələb edir. Ətrafımızda olan və dövlətimizin himayəsi altında öz firavan həyatıarını yaşayan kimsəsiz ahıl insanların bizlərdən umduğu yalnız mehriban münasibət və mənəvi diqqətdir. Biz gənclər məhz bu səbəbdən burdayıq. Bütün bu işlər Gənclər Birliyinin üzvlərinin təşəbbüsü ilə olub. Bundan sonra da bu kimi layihələrimiz davamlı şəkildə davam edəcək".

Qeyd edək ki, aksiya YAP Nərimanov rayon təşkilatının qərargahının qarşısında baş tutub. Qərargahın qarşısından isə nəzərdə tutulan ailələrə Gənclər Birliyinin üzvləri tərəfindən qurban payları evlərə paylanılıb.

R.HÜSEYNOVA

Digər xəbərlər