PDF Oxu

Əsas

  • 21

YAP Nəsimi rayon təşkilatının üzvləri cəbhə bölgəsində

Tərtər rayonundakı «N» saylı hərbi hissəyə bayram sovqatları təqdim edilib

YAP Nəsimi rayon təşkilatının üzvləri cəbhə bölgəsində

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, təşkilatın gənclər birliyinin üzvləri Tərtər rayonundakı "N" saylı hərbi hissədə əsgər və zabitlərin qonağı olublar. Qonaqlar hərbi hissədə və düşmənlə üz-üzə səngərdə xidmət edən əsgər və zabitlərlə görüşüb, onların xidməti, məişət şəraiti ilə tanış olub, işğal altında olan ərazilərimizi müşahidə ediblər. Hərbi hissəyə bayram sovqatları təqdim edilib.

Hərbi hissənin şəxsi heyəti qarşısında çıxış edən Məlahət İbrahimqızı və gənclər birliyinin üzvləri islam dünyasının milli-mənəvi həmrəyliyi, saflıq və mərhəmət rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə əsgərlərimizi təbrik edib, onlara çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulayıblar. Qeyd olunub ki, Azərbaycanda hər il böyük fərəh hissi ilə icra olunan Qurban bayramı insanları sülh və əmin-amanlıq yoluna dəvət edir, cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, humanizm və qardaşlığın təntənəsinə çevrilir. Bu günlər ölkəmizdə geniş xeyriyyəçilik tədbirləri həyata keçirilir, imkanı çatan hər bir müsəlman ehtiyacı olanlara könül xoşluğu ilə yardım göstərir.

Natiqlər əsgərləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ordumuz üçün yaradılmış şərait müqabilində daha yaxşı xidmət etməyə çağırıb və işğal altındakı torpaqlarımızın azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminliklərini bildiriblər.

Müqəddəs bayramla əlaqədar olaraq təşkil edilən görüşdə əsgərlər təşkilatın sədrinə, eləcə də, digər qonaqlara minnətdarlıqlarını bildiriblər. Belə tədbirlərin təşkili - hərbi hissədə keçirilən görüşlər düşmənlə üz-üzə xidmət edən hərbçilərin ruh yüksəkliyinin artmasında mühüm rol oynayır.

NƏZAKƏT

Digər xəbərlər