Kürdəmir rayonunda Yeni Azərbaycan Partiyasının yubileyi ilə bağlı zirvə toplantısı keçirilib
Dünən Kürdəmir rayonunda Yeni Azərbaycan Partiyasının yaramasının 20 illiyi ilə bağlı zirvə toplantısı keçiirilib. Tədbirdə YAP rayon təşkilatının idarə heyəti və şura üzvüləri, ərazi ilk partiya təşkilatı sədirləri, partiya fəalları və ictimaiyyətin nümayəndələri, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Milli Məclisin deputatı Fərhad Qəribov, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul işçisi Qalib Əsgərov iştirak edib.
Tədbir iştirakçıları ilk öncə rayonun mərkəzində ucaldılan Ümummilli Liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyublar. N.Nərimanov adına Kürdəmir rayon mədəniyyət evində keçirilən tədbirdə dövlət himni səslənib. Sonra rayonun "Gənc Heydərçiləri" tədbir iştirakçılarını Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyi munasibəti ilə təbrik ediblər.
Tədbiri YAP Kürdəmir rayon təşkilatının sədri Ağəli Kərimli açaraq, partiyanın yaranma tarixinə geniş nəzər salıb. O, zamanın çətin sınaqlarından çıxmış YAP-ın bu gün ölkəmizdə ən güclü və nüfuzlu siyasi qüvvəyə çevrildiyini, öz ətrafında cəmiyyətimizin intellektual təbəqələrini birləşdirdiyini xüsusi vurğulayıb: "Yeni Azərbaycan Partiyası hər zaman Azərbaycan dövlətçiliyinə, Ümummilli Liderimiz, partiyanın yaradıcısı Heydər Əliyevə, Onun siyasi ideyalarına sadiq olub. YAP öz fəaliyyətinin başlıca mənasını xalqa xidmətdə görür".
A.Kərimli onu da bir daha vurğulayıb ki, qarşıdakı növbəti prezident seçkilərində bütün kürdəmirlilər Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin namizədliyini yekdilliklə dəstəkləyəcəklərini söylədi.
Yubiley tədbirində YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Kürdəmir rayon icra hakimiyyətinin başçısı İrşad Əliyev, rayon təşkilatının qadınlar şurasının sədri Elmira Şıxəliyeva, rayon gənclər birliyinin sədri Namiq Tarverdiyev, rayon təşkilatının şura üzvü Qasım Hüseynov, YAP-ın üzvü, Carlı kənd orta məktəbin müəllimi Abduləziz Xanəhmədoğlu və başqaları çıxış edərək, ölkəmizdə ən güclü siyasi qüvvəyə çevrilən Yeni Azərbaycan Partiyasının Azərbaycan dövlətçiliyi qarşısındakı tarixi rolundan bəhs edib, qazanılan uğurlarda partiyanın yaradıcısı, Ümummilli Liderimiz Heydər Əliyevin əvəzsiz xidmətlərini xüsusi vurğulayıblar. Qeyd olunub ki, müstəqil Azərbaycan dövlətinin son 20 illik inkişaf tarixində Yeni Azərbaycan Partiyasının rolu danılmazdır. Bu gün öz sıralarında 600 minə yaxın üzvü birləşdirən YAP, Ulu Öndərin parlaq ideyalarının daşıyıcısı kimi, cəmiyyətdə öz aparıcı rolunu gündən-günə möhkəmləndirməkdədir.
Tədbirdə YAP sıralarına yeni qəbul olunan bir qrup gəncə partiya üzvlük vəsiqələri təqdim olunub. Rayonun ictimai-siyasi həyatında fərqlənən partiyanın bir sıra fəal üzvlərinə fəxri fərmanlar təqdim edilib.
Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə müraciət qəbul edilib.
A.Səmədova