PDF Oxu

Əsas

  • 34

Müstəqilliyimizlə birgə addımlayan Yeni Azərbaycan Partiyası

Müstəqilliyimizlə birgə addımlayan Yeni Azərbaycan Partiyası

Dünən YAP Suraxanı rayon təşkilatının və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində partiyanın yaradılmasının 20 illiyi münasibətilə "Müstəqilliymizlə birgə addımlayan Yeni Azərbaycan Partiyası" mövzusunda konfrans keçirildi. Konfrans başlamazdan öncə, tədbir iştirakçıları Ümumumilli Liderin Suraxanı rayonu Heydər Əliyev Parkında ucalan abidəsini ziyarət edərək, Onun abidəsi önünə gül dəstələri düzüb, böyük ehtiramla yad etdilər. Mərkəz ilə tanışlıqdan sonra mərkəzin Elektron lektoriya zalında Yeni Azərbaycan Partiyasının 20 illiyinə həsr olunmuş filmə baxış keçirildi.

Tədbiri giriş sözü ilə açan Suraxanı rayon icra başçısı İlqar Abbasov tədbir iştirakçılarını YAP-ın yaranmasının 20 illiyi münasibətilə təbrik etdi. O, ölkəmizdə ən güclü siyasi qüvvəyə çevrilən Yeni Azərbaycan Partiyasının Azərbaycan dövlətçiliyi qarşısındakı tarixi rolundan bəhs edərək, qazanılan uğurlarda partiyanın yaradıcısı, Ümummilli Liderimiz Heydər Əliyevin əvəzsiz xidmətlərini xüsusi vurğuladı. Müstəqil Azərbaycan dövlətinin son 20 illik inkişaf tarixinə nəzər salaraq, Yeni Azərbaycan Partiyasının danılmaz xidmətlərindən danışdı.

İ.Abbasov qeyd etdi ki, bu gün öz sıralarında 600 minə yaxın üzvü birləşdirən YAP Ulu Öndərin parlaq ideyalarının daşıyıcısı kimi, cəmiyyətdə öz aparıcı rolunu gündən-günə möhkəmləndirməkdədir. Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti iqtidar partiyasına olan ümumxalq inamını daha da artırmış, onu ümumxalq partiyasına çevirmişdir.

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov geniş məruzə ilə çıxış edərək, bildirdi ki, 20 ildir ki, Yeni Azərbaycan Partiyası yaşayır və ölkəmizin ictimai-siyasi həyatında fəaliyyəti ilə lider partiya olaraq böyük uğurlara imza atıb. YAP-ın sıralarının sürətlə genişlənməsi ona olan xalqın inamının məntiqi nəticəsidir. Azərbaycanın xalqının müqəddaratını həll edən dünənin, bu günün, gələcəyin məsuliyyətini öz üzərinə götürən siyasi partiyalar sırasında ümumxalq partiyasına çevrilən YAP-a üzv olmaq hər kəs üçün şərəfli, eyni zamanda, çətin və məsuliyyətli bir işdir. YAP bu gün ölkə daxilində deyil, eyni zamanda, onun hüdudlarından kənarda belə yüksək mövqeyə malik olan siyasi qurumdur. YAP-ın sədri partiyanın yaranmasının 20 illiyi münasibəti ilə təbrik edərək, onlara siyasi fəaliyyətlərində uğurlar arzuladı.

"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev partiyanın keçdiyi tarixə qısa ekskurs edərək, bildirdi ki, YAP tarixi zərurətdən yaranıb. Həmin dövrlər Azərbaycanın dünya xəritəsindən silinmək təhlükəsi yaranmışdı. 16 oktyabr 1992-ci il Azərbaycanın həyatında tarixi dönəm yaradan ziyalılar tərəfindən Heydər Əliyevə ünvanlanan müraciət xalqın taleyində, Azərbaycanın ictimai-siyasi həyatında dönüş yaratdı. 1992-ci il noyabrın 21-də YAP-ın təsis konfransı keçirildi: "O zaman YAP müxalif partiya olaraq, sivil bir partiya kimi fəaliyyət göstərərək, ağır, çətin bir dövrdə formalaşdı. Bu gün ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyası ölkənin ictimai-siyasi proseslərində yaxından iştirak edərək, xalqımızın inam gətirdiyi lider partiyadır. Vətəndaş cəmiyyətinin formalaşmasına, milli ideologiyamıza və onun inkişafına xadmət edir".

B.Quliyev qeyd etdi ki, YAP öz konsepsiyasına uyğun şəkildə böyük nailiyyətlər əldə edərək, qələbələr qazanmışdır. Partiyada gələcəyimizin təminatçısı olan gənclərə böyük önəm verilir və qayğı göstərilir. O, partiyanın gender siyasətinə də toxunaraq qeyd etdi ki, bu gün dövlət idarəçilində də qadınlar irəli çəkilərək, kişilərlə çiyin-çiyinə çalışır.

Qarşıdan prezident seçkilərinin gəldiyini vurğulayan B.Quliyev partiyanın yeganə namizədi olan İlham Əliyevin 9 il ərzində gördüyü işlərin müqabilində yenidən xalqın sevgisini qazanaraq seçiləcəyinə əminliyini bildirdi. Hər bir kəs Azərbaycanın işıqlı gələcəyinə xidmət edərək, vahid bir ideologiya ətrafında birləşməlidir.

YAP Suraxanı gənclər birliyinin sədri Zəkiyə Musayeva Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər saldı. O bildirdi ki, Azərbaycan gəncliyi Ümummilli Lider Heydər Əliyevin işıqlı zəkasından qidalanır. Müasir gənclik üzərinə düşən böyük məsuliyyəti dərk edir. Gəncliyin atdığı hər addım Heydər Əliyev ideologiyası və Heydər Əliyev yoludur. Müstəqilliyimiz əldə edildikdən sonra üçrəngli bayrağımızı gənclərimiz beynəlxalq yarışlarda yüksəkliyə qaldıraraq, Azərbaycanın zəfər zəngini çalmağa çalışır.

YAP İdarə Heyətinin üzvü, Mədəniyyət və Turizm nazirinin birinci müavini Vaqif Əliyev, Suraxanı rayon Qadın İnkişaf Cəmiyyətinin sədri Şövkət Xanməmmədova və başqaları çıxış edərək, iqtidar partiyasının yaranma tarixinə geniş nəzər salaraq, zamanın çətin sınaqlarından çıxmış Yeni Azərbaycan Partiyasının bu gün ölkəmizdə ən güclü və nüfuzlu siyasi qüvvəyə çevrildiyini, öz ətrafında cəmiyyətimizin intellektual təbəqələrini birləşdirdiyini xüsusi vurğuladılar. Qeyd olundu ki, 600 mindən çox üzvü özündə ehtiva edən YAP-ın siyasi yönümü Azərbaycan dövlətçiliyinə, Ümummilli Liderimiz, partiyanın yaradıcısı Heydər Əliyevə, Onun siyasi ideyalarının təntənəsinə və respublikamızın tərəqqisinə sədaqətdir.

Sonra YAP sıralarına yeni qəbul olmuş bir qrup gəncə partiyanın üzvülük vəsiqələri təqdim olundu.

Tədbirin sonunda YAP-ın yaranmasının 20 illiyi münasibətilə rayonun ictimai həyatında fəal iştirak etmiş partiya üzvlərinə xatirə hədiyyələri verildi.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər