YAP Binəqədi rayon təşkilatı Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun ərazi ilk partiya təşkilatının Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illiyi münasibətilə tədbiri keçirildi.Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Nəbi Xəlilov Azərbaycanın ictimai-siyasi həyatında çoxşaxəli fəaliyyəti ilə xüsusi yer tutan Yeni Azərbaycan Partiyasının 20 illik tarixinə qısa nəzər saldı. Təşkilatın sədri 1992-93-cü illərin əvvəllərində Azərbaycanda yaşanılan qarşıdurma, ölkədə hökm sürən xaos, anarxiya və dərəbəyliyi diqqətə çəkərək YAP-ın belə bir şəraitdə yarandığını bildirdi: "Mürəkkəb ictimai-siyasi atmosferdə yaranmış YAP qısa müddət ərzində Azərbaycanın ən stabil ölkəsinə çevirilməsində əhəmiyyətli rol oynadı. Yeni Azərbaycan Partiyasının ötən 20 ildə respublikada ən güclü siyasi qüvvəyə çevrilməsi Ulu Öndər Heydər Əliyevin uzaqgörən, müdrik siyasətinin məntiqidir. Bu gün artıq reallıqdır ki, YAP sıralarında 600 minə yaxın üzvü birləşdirib. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev fəaliyyətilə Ulu Öndərimizin ideyalarının gerçəkləşdirir. İlham Əliyevin məqsədyönlü fəaliyyəti iqtidar partiyasına olan ümumxalq inamını daha da artırıb."
N.Xəlilov çıxışının sonunda tədbir iştirakçılarını YAP-ın yaranmasının 20 illiyi münasibətilə təbrik etdi. Tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatı Genetik Ehtiyatlar İnstitutunun ərazi ilk partiya təşkilatının sədri Mehrac Abbasov Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolunu qeyd etdi. Ölkəmizdə güclü siyasi qüvvəyə çevrilən Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərini diqqətə çəkdi. O, Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında lider partiya olaraq böyük uğurlara imza atdığını bildirdi. M.Abbasov Azərbaycan xalqının müqəddaratını həll edən, ümumxalq partiyasına çevrilən YAP-ın öz ətrafında cəmiyyətimizin intellektual təbəqələrini birləşdirdiyini də qeyd edərək, zamanın çətin sınaqlarından çıxmış Yeni Azərbaycan Partiyasının bu gün ölkəmizdə ən güclü və nüfuzlu siyasi qüvvəyə çevrildiyini vurğuladı.
Tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədr müavini Füzuli İsmayılzadə, Genetik Ehtiyatlar İnsititutunun direktoru Zeynal Əkbərov YAP-ın siyasi yönümündən, Ümummilli Liderimiz, partiyanın yaradıcısı Heydər Əliyevin siyasi fəaliyyətindən söz açdılar. Qeyd olundu ki, ağır, çətin siyasi-ictimai şəraitdə yaranan Yeni Azərbaycan Partiyası bu gün müstəqil dövlətimizin aparıcı, lider partiyası olaraq fəaliyyətini davam etdirir.
Tədbirdə YAP-ın yaradılmasının 20 illiyi münasibətilə partiya həyatında fəal iştirak etdiyinə görə, Binəqədi rayon təşkilatı tərəfindən Genetik Ehtiyatlar İnsititutunun ərazi ilk partiya təşkilatı Fəxri Fərmanla təltif olundu. Sonra YAP-ın sıralarına qəbul olunmuş 6 nəfər gəncə üzvlük vəsiqələri təqdim edildi.
Zümrüd BAYRAMOVA