PDF Oxu

Əsas

  • 23

Şərəfli inkişaf illəri - 20

YAP Nərimanov təşkilatının "AKKORD" Sənaye-Tikinti İnvestisiya Korporasiyası ərazi ilk təşkilatı partiyanın 20 illik yubileyini qeyd edib

Şərəfli inkişaf illəri - 20

Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illik yubileyi münasibətilə YAP Nərimanov rayon təşkilatı tərəfindən silsilə tədbirlər həyata keçirilir. Bu çərçivədə dünən rayon təşkilatının "AKKORD" Sənaye-Tikinti İnvestisiya Korporasiyası ərazi ilk partiya təşkilatı 20 illik yubileyi qeyd edib.

YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev çıxış edərək YAP-ın keçdiyi keşməkeşli yola nəzər salıb. Onun sözlərinə görə, tarixi zərurətdən yaranan YAP çətin və şərəfli yol keçməklə yanaşı, həm də siyasi-ictimai arenada kifayət qədər nüfuz toplamış siyasi təşkilatdır: " Sıralarında 600 min nəfərə yaxın insanın birləşdiyi Yeni Azərbaycan Partiyası bu il özünün 20 illik yubileyini qeyd edir. Yeni Azərbaycan Partiyası çox böyük tarixi yol keçib. YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafında xidmətləri danılmazdır və partiyamızın bu istiqamətdə gördüyü böyük işlər hər bir vətəndaşımız tərəfindən yüksək qiymətləndirilir. Buna görədir ki, partiyamızın, o cümlədən, YAP-ın Nərimanov rayon təşkilatının sıraları günbəgün artır. Partiyanın ideyalarına sadiq insanlar, Azərbaycan dövlətinə və dövlətçiliyə sadıq insanlar, ziyalılar, müstəqilliyimizin bərpa olunmasında, ərazi bütövlüyümüzün qorunmasına sadiq olan insanlar, Vətəninə, millətinə bağlı olan insanlar bu partiyada təmsil olunurlar. Müstəqil Azərbaycanın inkişafı, iqtisadi-sosial və digər sahələrdə inkişaf proqramının işlənməsində YAP-ın tarixi, əvəzedilməz xidməti var".

Təşkilat sədri qeyd edib ki, bu gün Yeni Azərbaycan Partiyası cəmiyyətimizdə böyük nüfuza və dəstəyə malikdir. Bu nüfuz və dəstəyin əsas səbəblərindən biri də partiyamızın hər zaman ümumxalq partiyası kimi fəaliyyət göstərməsi, xalqın və dövlətin mənafeyini hər şeydən uca tutmasıdır". T.Tağıyev Nərimanov rayon təşkilatında gənclərlə mütəmadi görüşlərin keçirilməsinə, onların elm, təhsil, sağlamlıq sahələrində maarifləndirilmələrinə də toxunub. O, həmçinin, bildirib ki, "AKKORD" şirkətində YAP üzvlərinin sayı 300 nəfərə yaxındır. Bu, rayon təşkilatının fəal ərazi təşkilatlarından biridir.

Çıxış edən İlyas Mirzəyev ölkəmizin müstəqillik tarixində YAP-ın müstəsna rolu olduğunu bildirib. O, qeyd edib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılan YAP Azərbaycanın siyasi mühitinə bir çox yeniliklər gətirdi. Belə ki, YAP-ın yaranması ölkəmizdə sivil mübarizə, demokratiya kimi dəyərləri bərqərar etdi. Partiyanın yaranma zərurətindən geniş danışan İ.Mirzəyev YAP-ın qurucusu Heydər Əliyevin xilaskarlıq missiyasını yerinə yetirdiyini vurğulayıb.

"AKKORD" şirkətinin digər nümayəndəsi Elçin İsayev çıxışında qeyd edib ki, YAP-ın fəaliyyətinin əsas qayəsi Azərbaycan xalqının xoş gələcəyini təmin etməkdən ibarətdir: "Bu gün Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları Yeni Azərbaycan Partiyası tərəfindən həyata keçirilməkdədir. Yeni Azərbaycan Partiyasının ötən 20 il ərzində müstəqilliyimizin, dövlətçiliyimizin möhkəmlənməsində, Azərbaycan cəmiyyətinin inkişafında və yeniləşməsində müstəsna xidmətləri var". Azərbaycanın sürətlə inkişaf etdiyini deyən E.İsayevin sözlərinə görə, inkişaf baxımından dövlətimiz postsovet ölkələri sırasında öndədir. O bildirib ki, hazırda dövətimiz qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirir. "Bizim şirkətimiz də dövlətin verdiyi dəstək sayəsində inkişaf edir. "AKKORD" bir sıra mühüm iqtisadi layihələrlə yanaşı sosial-hmanitar tədbirlər həyata keçirir. Bir neçə ildir ki, şirkətdə ərazi ilk partiya təşkilatı da aktiv fəaliyyət göstərir. Güclü dövlət bizim əsas ideyamızdır"- deyə E.İsayev vurğulayıb.

Tədbirdə, həmçinin, qeyd olunub ki, "AKKORD"-un 5 dəfə respublika çempionu olan otüstü xokkey komandasının üzvləri 20 illik yubiley ərəfəsində YAP sıralarına qoşqulmağa qərar veriblər. Komandanın baş məşqçisi Feyzulla Rəhimbəyov bu niyyətlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, həmçinin, komandanın nəinki respublika, o cümlədən Avropa miyqasında qazandığı uğurlar barədə məlumat verib.

Toplantıda, həmçinin, YAP sıralarına yeni qoşulmuş şəxslərə partiya vəsiqələri təqdim olunub.

Sonda Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevə müraciət qəbul edildi.

Rəfiqə

Digər xəbərlər