PDF Oxu

Əsas

  • 37

YAP Yevlax rayon təşkilatı "YAP 20 il uğurla" devizi altında silsilə tədbirlər davam edir

YAP Yevlax rayon təşkilatı "YAP 20 il uğurla" devizi altında silsilə tədbirlər davam edir

Dünən Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci ildönümü ilə əlaqədar olaraq YAP Yevlax rayon təşkilatı məktəblilər arasında idmanın şahmat növü üzrə yarışın final mərhələsini keçirib. Tədbiri giriş sözü ilə Yevlax şəhər şahmat məktəbinin direktoru Teymur İsgəndərov açaraq turnirin gedişi və oyunun qaydaları haqqında məlumat verib.Sonra YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Əli Quliyev Yeni Azərbaycan Partiyasının yaranma tarixindən danışıb. Ə.Quliyev Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və bu siyasi kursu layiqincə davam etdirən Yeni Azərbaycan Partiyasının Sədri, Prezident cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasət yürütməsini, Azərbaycan gəncliyinə və idmanın inkişafına diqqət və qayğı göstərməsini xüsusi ilə nəzərə çatdırıb.

O, Azərbaycanın modern dövlət səviyyəsinə yüksəltməsi ilə insanların bu partiyaya olan inamının daha da möhkəmləndirilməsini partiyamızın ən böyük uğuru kimi qiymətləndirərək, partiyanın 20 ildə keçdiyi hər günün ölkəmizin həyatında əhəmiyyətli olduğunu vurğulayıb.YAP Yevlax rayon təşkilatının qadınlar şurasının sədri Əminə Əhmədova Yeni Azərbaycan Partiyasının yaramasının 20 illik yubileyi və turnirin keçirilməsi münasibəti ilə iştirakçıları təbrik edib. G.Əhmədova vurğulayıb ki, YAP-ın ölkəmizin ictimai-siyasi həyatında roluna uyğun olaraq partiyanın qadınlar şurasının hər zaman fəallıq nümayiş etdirdiyini, qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirdiyini bildirib.Yekunda çıxış edən Yevlax şəhər icra hakimiyyətinin əməkdaşı Vaqif Əliyev YAP-ın ölkəmizin ictimai-siyasi həyatında roluna uyğun olaraq partiyanın gənclər birliyinin hər zaman fəallıq nümayiş etdirdiyini, qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirdiyini bildirib və qeyd edib ki, Azərbaycanda gənclərə diqqət və qayğı siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Sonda 3 yer üzrə qaliblər və ən kiçik yaş qrupunda fərqlənən qız və oğlan şahmatçılar YAP Yevlax rayon təşkilatının qiymətli hədiyyələri və fəxri fərmanları ilə mükafatlandırılıb.

R.Hüseynova

Digər xəbərlər