YAP Xaçmaz rayon təşkilatı Yeni Azərbaycan Partiyasının 20 illiyi ilə bağlı elmi-praktiki konfrans keçirib
Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının nəzdində fəaliyyət göstərən Heydər Əliyev ideoloji mərkəzində "YAP-Ümumxalq Partiyasıdır" mövzusunda elmi-prakrik konfrans keçirilib. YAP Xaçmaz rayon təşkilatınını sədri Nazim Ağayev YAP-ın yaranma tarixindən və keçdiyi şərəfli yoldan bəhs edib. N.Ağayev onu da vurğulayıb ki, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanda, həm də, Cənubi Qafqazda ən böyük siyasi partiyadır: "Yeni Azərbaycan Partiyası 20 illik fəaliyyəti dövründə çətin və şərəfli yol keçib. Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası hakimiyyətə gəldikdən sonra Azərbaycan xaos və anarxiyadan xilas oldu, ölkəmizdə ictimai-siyasi sabitlik bərqərar olundu. Bundan sonra, dağıdılmış iqtisadiyyatımız bərpa olundu, yeni Konstitusiya qəbul edildi, siyasi-hüquqi islahatlar həyata keçirildi və ölkəmiz tərəqqi yoluna qədəm qoydu".
Konfransda YAP Xaçmaz rayon təşkilatının aparat rəhbəri Fazil Rəhmətov "YAP- Ümumxalq Partiyasıdır" mövzusunda çıxışında Ulu Öndər Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində Azərbaycanın güclü və qüdrətli dövlətə çevrildiyini bildirib: "Ümummilli Liderimizin əsasını qoyduğu inkişaf siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan dünya miqyasında mütəmadi olaraq tərəqqi edən nüfuzlu dövlət kimi tanınır".
Elmi-praktiki konfransda YAP Xaçmaz rayon təşkilatının gənclər birliyinin sədri Emil Tağıyev, rayon təşkilatının sədr müavini Abasyar Heydərov, rayon təşkilatının şura üzvü Mədinə Nurməmmədova, partiya veteranı Həqiqət Məmmədova çıxış edərək, partiyanın fəaliyyətindən və ölkənin inkişafındakı rolundan bəhs ediblər.
YAP Xaçmaz rayon təşkilatının sədri N.Ağayev yekunda çıxış edərək 2013-cü ildə keçiriləcək prezident seçkilərində yekdilliklə bütün xaçmazlıların Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə səs verəcəklərini vurğuladı.
RƏFİQƏ HÜSEYNOVA