PDF Oxu

Əsas

  • 28

YAP Ulu Öndərin xilaskar missiyasının nəticəsi kimi yaranıb

Samuxda Yeni Azərbaycan Partiyasının 20-ci ildönümü təntənə ilə qeyd olunur

YAP Ulu Öndərin xilaskar missiyasının nəticəsi kimi yaranıb

YAP Samux rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illik yubileyi münasibəti ilə zirvə tədbiri keçirilib. Tədbirdə Samux rayon icra hakimiyyətinin başçısı Alı Qocayev, Milli Məclisin sədr müavini Valeh Ələsgərov, YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı, YAP Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov, YAP rayon təşkilatının idarə heyəti və şura üzvləri, ərazi ilk partiya təşkilatlarının sədrləri, partiya fəalları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov YAP-ın yarandığı tarixi şəraitdən, keçdiyi şərəfli yoldan, onun yaradıcısı, Ulu Öndərimiz Heydər Əliyevin xilaskarlıq missiyasından, partiyanın cəmiyyətdəki rolundan, rayon təşkilatının fəaliyyətindən ətraflı bəhs edib. Qeyd edib ki, Yeni Azərbaycan Partiyasının əldə etdiyi uğurlar və qazandığı nailiyyətlər bu partiyanın tərkib hissəsindən biri olan Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatında da öz əksini tapmışdır: "YAP Samux rayon təşkilatında say tərkibinin artımı yönündə müsbət irəliləyişlər əldə edilibdir. 1993-cü ildə rayon təşkilatı cəmi 3 ilk ərazi partiya təşkilatı, 30 nəfər partiya üzvünü birləşdirdisə, indi hal-hazırda 58 ilk partiya təşkilatı öz ətrafında 4189 partiya üzvünü birləşdirir. Onlardan 1121 nəfəri təhsildə, 336 nəfəri səhiyyədə, 243 nəfəri mədəniyyət və başqa sahələrdə çalışan insanlardır. Bunlardan 2367 nəfəri yəni 56,5 faiz qadınlar, 1453 nəfərini isə, yəni 34,7 faizni gənclər təşkil edir. Natiq sonda qeyd etdi ki, YAP Samux rayon təşkilatının bütün üzvləri qarşıdan gələn son dərəcədə mühüm hadisəni- 2013-cü il prezident seçkilərini fəallıqla qarşılayacaq, seçkilərin yüksək səviyyədə keçirilməsində əllərindən gələni əsirgəməyəcəklər.

Milli Məclisin sədr müavini Valeh Ələsgərov, YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı, Samux rayon icra hakimiyyətinin başçısı Alı Qocayev və başqaları müstəqilliyimizin ilk vaxtlarında ölkədə yaranan ictimai-siyasi durumda Azərbaycanın müstəqilliyini qorumaq, dövləti qorumaq və möhkəmləndirmək üçün siyasi partiyanın vacibliyini vurğulayıblar. Qeyd ediblər ki, bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkəsinə çevrilmişdir.

Tədbir bayram konserti ilə davam edib.

Aytən

Digər xəbərlər