PDF Oxu

Əsas

  • 21

Qaradağ rayonunda Yeni Azərbaycan Partiyasının 20 illik yubileyi qeyd olunub

Qaradağ rayonunda Yeni Azərbaycan Partiyasının 20 illik yubileyi qeyd olunub

Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatında partiyanın 20 illik yubileyi münasibətilə toplantı keçirilib. Toplantı iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidənin önünə gül dəstələri düzüblər.Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirilib. Yeni Azərbaycan Partiyasının 20 illik yubileyinə həsr olunmuş film nümayiş olunub. Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası zəngin yol keçmiş, özünü ölkənin siyasi taleyində həlledici qüdrətə malik olan siyasi qüvvə kimi təsdiqləyib. Onun sözlərinə görə, 20 illik tariximizdə ölkəmizin ictismai-siyasi həyatında partiyamız əhəmiyyətli rol oynayıb.

Toplantıda çıxış edən YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov tədbir iştirakçılarını partiyanın 20 illik yubileyi münasibətilə təbrik edib. Əli Əhmədov bildirib ki, bu gün dinamik inkişaf edən Azərbaycanın qazandığı nailiyyətlərdə bütövlükdə YAP-ın və onun hər bir üzvünün özünəməxsus töhfələri vardır.

Yeni Azərbaycan Partiyasının Azərbaycan dövlətçiliyinin, xalqımızın qarşısındakı xidmətlərindən ətraflı bəhs edən Əli Əhmədov vurğulayıb ki, böyük şərəfli yol keçmiş partiyamız tarixin onun üzərinə qoyduğu missiyanın yerinə yetirilməsi istiqamətində ləyaqətlə fəaliyyət göstərir. "Azərbaycanın əldə etdiyi bütün uğurlar, yüksək nailiyyətlər Ümummilli lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının fəaliyyətilə bilavasitə bağlıdır. Bu gün də Yeni Azərbaycan Partiyası öz üzərinə götürdüyü missiyanı şərəflə, ləyaqətlə yerinə yetirməkdədir. YAP-ın hakimiyyətdə olduğu illər ərzində Azərbaycanın iqtisadiyyatı inkişaf edib, Azərbaycanın bütün həyatı əhəmiyyətli dəyişikliklərlə müşayiət olunub, hər bir vətəndaşımızın həyatında, yaşayış səviyyəsində ciddi irəliləyişlər əldə edilib. Prezident İlham Əliyevin siyasəti nəticəsində ölkəmizin müasirləşməsi, daha da inkişafı istiqamətində atılan addımlarda partiyamızın üzvləri fəal şəkildə iştirak edirlər" –deyə, YAP Sədrinin müavini vurğulayıb.

Əli Əhmədov bundan sonra da partiyamızın böyük uğurlar qazanacağına əminliyini ifadə edib.

Daha sonra Milli Məclisin deputatı Fəttah Heydərov, YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov və başqaları çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, yarandığı zamandan Yeni Azərbaycan Partiyası cəmiyyətimizdə sülh, əminamanlıq və demokratiya, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, hüquqi, demokratik dövlətin yaranması, ictimai həmrəylik, sabit və sosial istiqamətli iqtisadiyyat yaratmaq, geniş demokratik islahatların həyata keçirilməsi uğrunda çıxış etmək kimi qarşısına məqsədlər qoyub. Bildirilib ki, milli müstəqilliyimizin möhkəmləndirilməsi, sosial-iqtisadi və demokratik islahatların aparılması yolunda mövcud uğurlar Yeni Azərbaycan Partiyasının fəaliyyətinin bəhrəsidir.

Tədbirin sonunda YAP sıralarına yeni qoşulmuş gənclərə partiya vəsiqələri təqdim olunub. Həmçinin, bir qrup YAP fəalı fəxri fərmanlar və mükafatlarla təltif edilib.

yap.org.az

Digər xəbərlər