Sumqayıt şəhərində Yeni Azərbaycan Partiyasının 20-ci ildönümü qeyd edilib
Dünən Sumqayıt şəhərində Dövlət Neft Şirkətinin "Azərikimya" İstehsalat Birliyinin akt zalında Yeni Azərbaycan Partiyasının yaradılmasının 20-ci ildönümü ilə bağlı tədbir keçirilib. Tədbirdə YAP Sumqayıt şəhər təşkilatının sədri Asəf İmaməliyev Yeni Azərbaycan Partiyasının 90-cı illərin əvvəlində Azərbaycan siyasi böhran keçirdiyi bir vaxtda Ulu Öndər Heydər Əliyev tərəfindən yaradıldığını bildirib.
A.İmaməliyev partiyanın təsis konfransının 1992-ci ilin noyabr ayının 21-də Naxçıvan şəhərində keçirildiyini vurğulayaraq konfransda Azərbaycanın müxtəlif regionlarını təmsil edən təşəbbüs qruplarının 550 nəfər nümayəndəsinin iştirak etdiyini söyləyib. Şəhər təşkilatının sədri onu da qeyd edib ki, yubiley ilində, biz tarixə nəzər saldıqda görərik ki, bu illər ərzində Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatında da müəyyən işlər görülüb, 20 ildə böyük nailiyyətlərə nail olunub. A.İmaməliyev onu da bildirilib ki, YAP-ın 20 min nəfərə yaxın üzvü öz ətrafında birləşdirən Sumqayıt şəhər təşkilatı bu gün Ulu Öndərin ölməz ideyalarının, Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətin ən fəal təbliğatçılarıdırlar.
Sonda iştirakçılara partiyanın 20 illiyinə həsr edilmiş video-süjetlər və slaydlar təqdim edilmişdir.
RÖVŞƏN