YAP Goranboy rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyi münasibəti ilə növbəti ümumrayon tədbiri keçirilib. Tədbir iştirakçıları əvvəlcə rayonun mərkəzində ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstəsi qoyaraq, xatirəsini ehtiramla yad ediblər. Rayonun "Xan" şadlıq sarayında rayon təşkilatının şura üzvləri, ərazi ilk partiya təşkilatlarının sədrləri, YAP Siyasi Şurasının üzvü Firdovsi Əliyevin və YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanovun iştirak etdiyi tədb dövlət himninin səsləndirlməsi ilə açıq elan edilib. YAP rayon təşkilatının sədri Elçin İsmayılov çıxışında bildirib ki, ötən 20 il ərzində Yeni Azərbaycan Partiyası qələbələrlə dolu şərəfli bir yol keçib: "Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətlərindən biri də bu günkü uğurlarımızda mühüm rol oynayan, xalqın böyük əksəriyyətini təmsil edən Yeni Azərbaycan Partiyasıdır. YAP Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında xalqın sağlam qüvvələrini öz ətrafında birləşdirərək, dövlətə və xalqa xidmət edib və bü gün də partiya özünün bu prinsiplərinə sadiqliyini əməli fəaliyyəti ilə davam etdirir".
E.İsmayılov onu da bildirib ki, YAP Goranboy rayon təşkilatının təməli 1994-cü ildə qoyulubdur. 1995-ci ilin yanvar ayının 14-də rayon təşkilatının təsis konfransı keçirilib. Hazırda 91 ilk partiya təşkilatında 6056 nəfərdən çox partiya üzvü birləşir. Onlardan 3286 nəfəri qadınlardır, yəni 54 faiz, 2040 nəfəri isə gəncəlrdir, yəni 33 faiz.
YAP Siyasi Şurasının üzvü Firdovsi Əliyev bayram tədbirində çıxış edərək, partiyanın müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsindəki fəaliyyətindən ətraflı danışıb. O, qeyd etdi ki, YAP özünü ölkənin siyasi həyatında həlledici rol oynamaq qüdrətinə malik bir siyasi qüvvə kimi təsdiqləyib.
Tədbirdə Goranboy rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quluyev çıxış edərək, bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev qısa zaman ərzində mövcud problemləri aradan qaldıraraq müasir müstəqil Azərbaycanın əsasını qoydu: "Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bu gün layiqincə davam etdirən Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyev Azərbaycanın dünyada yerini və rolunun möhkəmlənməsinə nail olub. Möhtərəm Prezidentimizin diqqət və qayğısı nəticəsində Azərbaycanın bütün regionlarında olduğu kimi, Goranboy rayonunda da problemlər əsaslı şəkildə həll olunur, regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində tikinti quruculuq işləri uğurla davam etdirilir".
Tədbirdə bir qrup partiyanın veteranına və fəallarına fəxri fərmanlar təqdim edilib. Həmçinin, partiya sıralarına yeni daxil olmuş bir qrup gəncə üzvülük vəsiqələri təqdim olunub.
Sonda tədbir ziyafət məclisi və konsert proqramı ilə davam edib.
ÜLVİ