PDF Oxu

Əsas

  • 18

YAP Samux rayon təşkilatı partiyanın 20 illiyi ilə bağlı yaşıllaşdırma aksiyası keçirib

YAP Samux rayon təşkilatı partiyanın 20 illiyi ilə bağlı yaşıllaşdırma aksiyası keçirib

Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illik yubileyi ilə bağlı ölkəmizin bütün bölgələrində silsilə bayram tədbirləri keçirilir. Dünən YAP Samux rayon təşkilatı da bu ümumxalq hadisə ilə əlaqədar növbəti tədbirlər keçirib. Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatı idarə heyətinin təsdiq etdiyi tədbirlər planına əsasən, keçirilən növbəti tədbiri yaşıllaşdırma kampaniyası olub.

Ağacəkmə aksiyasında rayon təşkilatının müxtəlif ərazi ilk partiya təşkilatlarından 100 nəfər partiya fəalları iştirak edib. Aksiya iştirakçıları tərəfindən Samux-Yenikənd magistral avtomobil yolunun kənarına 200-ə yaxın həmişəyaşıl və dekorativ ağac, çinar, şam ağacı, gül kolu əkilmiş, eyni zamanda, quruyan ağaclar yeniləri ilə əvəz edilmişdir. Aksiya zamanı ağacların inkişafı üçün gübrələr verilmiş, yeni su xətti çəkilmişdir.

YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov partiyanın 20 illik yubileyilə bağlı rayonda silsilə tədbirlərin davam etdirildiyini söyləyib. G.Bayramov zamanın çətin sınaqlarından çıxmış YAP-ın bu gün ölkmizdə ən güclü və nüfuzlu siyasi qüvvəyə çevrildiyini, öz ətrafında cəmiyyətimizin intellektual təbəqələrini birləşdirdiyini xüsusi vurğulayıb: "Yeni Azərbaycan Partiyası hər zaman Azəbaycan dövlətçiliyinə, Ümummilli Liderimiz, partiyanın yaradıcısı Heydər Əliyevə, Onun siyasi ideyalarına sadiq olub. YAP öz fəaliyyətinin başlıca mənasını xalqa xidmətdə görür".

Təşkilat sədri onu da bir daha vurğulayıb ki, qarşıdakı növbəti prezident seçkilərində bütün samuxlılar Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin namizədliyini yekdilliklə dəstəkləyəcəklər.

Aytən

Digər xəbərlər