PDF Oxu

Əsas

  • 32

YAP aparıcı siyasi qüvvədir

YAP Qaradağ rayon təşkilatının ərazi ilk təşkilatlarında partiyanın yaranmasının 20-ci ildönümünü təntənə ilə qeyd edilib

YAP aparıcı siyasi qüvvədir

Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci ildönümü ilə bağlı YAP Qaradağ rayon təşkilatı tərəfindən silsilə tədbirlər keçirilir. Bu çərçivədə növbəti tədbirlər dünən rayon təşkilatının ərazi ilk partiya təşkilatlarında Keçirilən tədbirdə YAP Qaradağ rayon təşkilatının 5 saylı poçt filialı ərazi ilk təşkilatınnı sədri Əlizamin Məmmədov, Qaradağ ƏSMM ərazi ilk təşkilatının sədri Sabir Vəliyev, Ələt qəsəbəsi 32 saylı poliklinika ərazi ilk təşkilatınnı sədri Asəf Məmmədov, Qobustan qəsəbəsi ərazi ilk təşkilatınnı sədri Teyyub Hüseynov çıxış edərək partiyanın keçdiyi 20 illik şərəfli yola nəzər salıblar. Çıxış edənlər bildiriblər ki, tarixi zərurətdən yaranan YAP çətin və şərəfli yol keçməklə yanaşı, həm də ictimai-siyasi arenada kifayət qədər nüfuz toplamış siyasi təşkilatdır.

Sıralarında 600 min nəfərə yaxın insanın birləşdiyi Yeni Azərbaycan Partiyası bu il özünün 20 illik yubileyini qeyd edir. Yeni Azərbaycan Partiyası çox böyük tarixi yol keçib. YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafında xidmətləri danılmazdır və partiyamızın bu istiqamətdə gördüyü böyük işlər hər bir vətəndaşımız tərəfindən yüksək qiymətləndirilir. Buna görədir ki, partiyamızın, o cümlədən, YAP-ın Qaradağ rayon təşkilatının üzvlərinin sayı günbəgün artır. Partiyanın ideyalarına, Azərbaycan dövlətinə və dövlətçiliyə sadiq insanlar, ziyalılar, Vətəninə, millətinə bağlı olan şəxslər YAP-da təmsil olunurlar. Müstəqil Azərbaycanın inkişafında, iqtisadi-sosial və digər sahələrdə inkişaf proqramının işlənməsində YAP-ın tarixi, əvəzedilməz xidməti var.

Tədbirdə o da vurğulanıb ki, bu gün Yeni Azərbaycan Partiyası cəmiyyətimizdə böyük nüfuza və dəstəyə malikdir. Bu nüfuz və dəstəyin əsas səbəblərindən biri də partiyamızın hər zaman ümumxalq partiyası kimi fəaliyyət göstərməsi, xalqın və dövlətin mənafeyini hər şeydən uca tutmasıdır. Qeyd olundu ki, YAP-ın yaranması ölkəmizdə sivil mübarizə, demokratiya kimi dəyərləri bərqərar etdi. YAP-ın fəaliyyətinin əsas qayəsi Azərbaycan xalqının xoş gələcəyini təmin etməkdən ibarət olduğunu deyən tədbir iştirakçıları bir daha onu da vurğuladılar ki, bu gün Ümummilli Liderimiz Heydər Əliyevin ideyaları Yeni Azərbaycan Partiyası tərəfindən həyata keçirilməkdədir. Yeni Azərbaycan Partiyasının ötən 20 il ərzində müstəqilliyimizin, dövlətçiliyimizin möhkəmlənməsində, Azərbaycan cəmiyyətinin inkişafında və yeniləşməsində müstəsna xidmətləri var.

R.KAMALQIZI

Digər xəbərlər