PDF Oxu

Əsas

  • 29

Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyi münasibətilə Yasamal rayonunda silsilə tədbirlər davam edir

Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyi münasibətilə Yasamal rayonunda silsilə tədbirlər davam edir

Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci ildönümü ilə bağlı YAP Yasamal rayonu təşkilatı tərəfindən silsilə tədbirlər davam edir. Bu çərçivədə dünən YAP Yasamal rayon təşkilatının ərazi ilk partiya təşkilatlarında tədbirlər keçirlib. Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda YAP-ın yaranmasının 20-ci ildönümü ilə bağlı keçirilən tədbiri giriş sözü ilə açan institutun rektoru Sənan Kərimov Ulu Öndərin Azərbaycan xalqı üçün misilsiz xidmətlərindən danışıb. Bildirib ki, Yeni Azərbaycan Partiyasının yaradılması çətin və şərəfli yollardan keçib: "YAP çətin bir vaxtda xalqı böhran vəziyyətindən çıxarıb, nicat yoluna istiqamətləndirib. Ona görə də biz bu misilsiz xidmətləri unutmamalıq.". Bununla yanaşı rektor qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursu ölkə Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.

YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov isə çıxışında qeyd edib ki, 1992-ci ildə YAP-ın yaradılması üçün o zamankı iqtidar bir çox problemlər yaradırdı. Amma xalqın Ulu Öndər Heydər Əliyevə olan sarsılmaz inamı bütün bu manelələri dəf etdi. Hətta, o zaman Naxçıvana getmək üçün təyyarə biletlərinin satışına belə qadağa qoyulmuşdu. YAP asanlıqla yaradılmayıb. Bunun üçün Azərbaycanın 91 ziyalısının imzası ilə Ulu Öndərə müraciət edilib. Ulu Öndər Heydər Əliyev də, öz növbəsində, xalqın çətin günündə ona dəstək olub.

Tədbir digər səhiyyə işçilərinin çıxışı ilə davam edib. Çıxışlar zamanı Ulu Öndər Heydər Əliyevin və bu siyasi kursun layiqli davamçısı Prezident İlham Əliyevin digər sahələrə olduğu kimi sosial sahəyə də diqqət və qayğısından söhbət açılıb.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyası sıralarına yeni daxil olan şəxslərə YAP-ın vəsiqələri verilib.

Eyni zamanda, Yasamal rayonunda YAP 20 illiyi münasibətilə silsilə tədbirlər Azərbaycan Memarlıq və İnşaat Universitetində davam edib. Tədbiri giriş sözü ilə açan YAP Siyasi Şurasının üzvü, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova bildirib ki, YAP-ın yaranması Azərbaycan tarixində dönüş nöqtəsi oldu: "YAP-ın yaradıcısı və qurucusu Ulu Öndərimiz Heydər Əliyevdir. Ulu Öndər Heydər Əliyev şəxsiyyəti YAP-ın yaranması işinə və sonrakı fəaliyyətinə sanki işıq saçdı. YAP qarşısına başqa partiyalardan fərqli olaraq çox böyük ideoloji prinsiplər qoydu. Ona görə də qısa zaman kəsiyində ölkədə bütün sahələr inkişaf yoluna qədəm qoydu. Bu gündə bu inkişaf yüksələn xəttlə davam edilir".

Daha sonra YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov qeyd etdi ki, 1992-ci il noyabrın 21-də YAP-ın təsis konfransının keçirilməsi Azərbaycan xalqı üçün çox önəmli bir hadisə idi. Çünki xalq bütün ümidlərini məhz Ulu Öndər Heydər Əliyevə bağlamışdı. Onun bilik və bacarığı imkan verirdi ki, böhran vəziyyətində olan ölkə tezliklə inkişaf yoluna qədəm qoysun. Təsadufi deyil ki, YAP yaranandan sonra ilk qurultayını 7 il sonra keçirdi. Amma hansı ki, Heydər Əliyev bu müddət ərzində xalqın nicatı üçün çox fundamental işlər görmüşdu. Bütün sahələrdə inkişaf müşahidə olunurdu. Bu gün də biz bu inkişafın şahidləriyik".

Universitetin tərbiyə işləri üzrə prorektoru, 43-cü məhəllə ərazi ilk partiya təşkilatının sədri Tofiq Qasımov çıxışında bildirdi ki, bu gün Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olan YAP 20 il əvvəl məhz xalqın sosial sifarişi əsasında yaradıldı: "Ölkəni bürüyən dərin siyasi, iqtisadi, sosial böhran xalqın sayılıb, seçilən ziyalıları, tanınmış insanları bu ağır çətinlikdən xilas olmağın yolunu yeganə şəxsin - Heydər Əliyevin ətrafında sıx birləşməyə və onun müdrik siyasəti nəticəsində mövcud çətinlikdən çıxara biləcək yeni bir partiya yaratmağa istiqamətləndirdi".

Daha sonra universitetin tələbələri Tural Əliyev, Elnarə Heydərova YAP-ın 1992-ci ildə çətin şəraitdə yaradılması ilə bağlı çıxış ediblər.

Tədbirin sonunda YAP-a yeni üzv olanlara vəsiqələr təqdim olunub.

Babək Hacıyev

Digər xəbərlər