PDF Oxu

Əsas

  • 16

Dövlət Bayrağımız - milli qürür simvolumuz

Səbail rayonunda Yeni Azərbaycan Partiyasının 20-ci ildönümü təntənə ilə qeyd olunur

Dövlət Bayrağımız - milli qürür simvolumuz

Dünən YAP Səbail rayon təşkilatının Milli Azərbaycan Tarixi Muzeyi ilk ərazi təşkilatında Dövlət Bayrağı günü və Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illiyi ilə bağlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, akademik Nailə Vəlixanlı Dövlət Bayrağı günü və YAP-nın yaranması tarixindən bəhs etdi. Bildirib ki, bu gün respublikamızın hər yerində Dövlət Bayrağı Günü böyük təntənə ilə qeyd edilir: "Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra başımızın üstündə dalğalanan üçrəngli bayraq milli suverenliyimizin simvolu kimi, ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir".

N.Vəlixanlı, həmçinin Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi yolundan danışaraq, partiyanın bütün fəaliyyəti dövründə müstəqilliyimizin qorunmasına və möhkəmlənməsinə, Azərbaycanın beynəlxalq siyasi arenasındakı mövqelərinin tanınmasına, xalqın rifah halının durmadan yaxşılaşmasına xidmət etdiyini vurğulayıb.

Tədbirdə muzeyin silahlar və bayraqlar fondunun müdiri Sevinc Vahabova, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərb Tarixi Muzeyinin ekspozisiya şöbəsinin rəisi Lalə Hüseynova, Azərbaycan Tarixi Muzeyinin ilk ərazi təşkilatının sədri Pərvanə Əzimova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Vilayət Əliyev, həmin universitetin "Azərbaycan dili və ədəbiyyatının tarixi" kafedrasının müdiri, professor Himalay Qasımov və başqaları çıxışlarında qeyd ediblər ki, Yeni Azərbaycan Partiyasının bütün üzvləri onun yaradıcısı və xalqımızın Ümummilli Lideri Heydər Əliyev ideyalarına daim sadiq olmuş və onun göstərdiyi yolla getmişdir. Bu gün ölkəmizin sürətli inkişafında, tərəqqisində hakim partiyanın böyük rolu var. 1993-cü ildən iqtidarda olan YAP-ın sıraları gündən-günə kəmiyyət və keyfiyyət baxımından daha da təkmilləşir, nüfuzu artır. Partiyanın sıralarında yüz minlərlə üzvün birləşməsi ona olan inamın göstəricisidir.

Tədbir musiqi proqramı ilə davam edib.

A.Səmədova

Digər xəbərlər