YAP Mingəçevir şəhər təşkilatı ilə Mingəçevir şəhər icra hakimiyyəti Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illiyini qeyd edib
Dünən YAP-nın yaradılmasının 20 illiyi münasibəti ilə YAP Mingəçevir şəhər təşkilatında "Yeni Azərbaycan Partiyası Azərbaycan gəncliyi üçün perspektivli fəaliyyət platforması yaradan yeganə siyasi təşkilatdır" mövzusunda elmi-nəzəri konfrans keçiriblər. Konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq öz dərin ehtiramlarını bildirmişlər.
Konfransı giriş sözü ilə açan YAP Mingəçevir şəhər təşkilatının gənclər birliyinin sədri Samirə Hacıyeva konfrans iştirakçılarına YAP-nın yaranma tarixi, 20 ildə keçdiyi inkişaf yolu və bu günki uğurlarından danışaraq, YAP Mingəçevir şəhər təşkilatı gənclər birliyinin də bu işlərdə öz töhvəsi olduğunu qeyd edib.
YAP Mingəçevir şəhər təşkilatının GB-nin idarə heyətinin üzvü, Heydər Əliyev Mərkəzinin direktoru Bəxtiyar Mustafayev "Yeni Azərbaycan Partiyasının gəncləri dövlətçiliyə sadiqdirlər", YAP Mingəçevir şəhər təşkilatının GB-nin idarə heyətinin üzvü, AMİ Mingəçevir filialının müəllimi Lamiyə İbrahimova "Azərbaycan gəncliyi və müasirlik", YAP Mingəçevir şəhər təşkilatının GB-nin idarə heyətinin üzvü, 17 saylı orta məktəbin direktor müavini Ceyhun Atayev "Gənclər Yeni Azərbaycan Partiyasının güclü dayaqlarından biridir" mövzusunda çıxış edərək, Yeni Azərbaycan Partiyasının keçdiyi çətin və şərəfli tarixi yolundan, bu illər ərzində ölkədə baş verən siyasi durumdan, Ümummilli Liderimiz Heydər Əliyevin ölkəmizin müstəqilliyi uğrunda apardığı yorulmaz fəaliyyətindən və Onun layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycan təhsilinin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıblar.
YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov YAP-ın yaranma tarixi, inkişaf mərhələləri və ictimai-siyasi həyatdakı müstəsna rolu haqda danışaraq, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi altında ölkədə hər sahədə dinamik inkişafa nail olunduğunu və bu inkişafda gənclərin də rolunun çox olduğunu vurğulayıb.
Mingəçevir şəhər icra hakimiyyəti başçısının I müavini İlham İsmayılov çıxış edərək, YAP-nın yaranmasını zəruri edən səbəblər və tarixi şəraitlə bağlı bəzi məqamlardan danışaraq, keçən 20 il ərzində Azərbaycanı uğurlu gələcəyə aparmağa nail olduğunu və Azərbaycan xalqına sədaqətlə xidmət etdiyini bildirib.
ÜLVİ