PDF Oxu

Əsas

  • 29

20 il uğurlu inkişaf yolunda

Qaradağ rayonunda YAP-ın yaradılmasının 20-ci ildönümü ilə bağlı silsilə tədbirlər davam edir

20 il uğurlu inkişaf yolunda

Dünən Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatının Səngəçal qəsəbəsi üzrə ilk partiya təşkilatının toplantısı keçirilib. Səngəçal qəsəbəsi sakinləri ilə mədəniyyət evində keçirilən toplantıda çıxış edən qəsəbə üzrə YAP Qaradağ rayon ilk təşkilat sədri Ələmxan Allahverdiyev YAP-ın yaradılmasının 20-ci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Ə.Allahverdiyev vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan sosial-iqtisadi inkişaf siyasətinin partiyamızın Sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz günü-gündən çiçəklənir, tərəqqi edir.

Tədbirdə YAP Qaradağ rayon təşkilatının əməkdaşı Zaməddin Həmişəyev, rayon təşkilatının aparat rəhbəri Ruslan İsmayılov çıxış edərək Ulu Öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının yaratmaqla Azərbaycan xalqına əbədi xoşbəxtlik bəxş etdiyini söyləyiblər. Bildiriblər ki, bu gün çətin və tarixi sınaqlardan keçib özünün ən yüksək inkişaf mərhələsinə çatmış çatmış Yeni Azərbaycan Partiyası güclü və müstəqil Azərbaycanın daha da yüksək zirvələr qət etməsində əsas aparıcı qüvvədir.

Həmin gün YAP Qaradağ rayon təşkilatının Səngəçal qəsəbəsi 222 saylı orta məktəb, Lökbatan 4 saylı doğum evi ilk ərazi təşkilatlarında da Yeni Azərbaycan Partiyasının 20 illiyi ilə bağlı görüş keçirilib. Görüşdə 222 saylı məktəbin direktoru Əzizxanım Məmmədova, YAP Qaradağ təşkilatının əməkdaşı Hidayət Bayramov, YAP Qaradağ rayon təşkilatının qadınlar şurasının sədri Təranə İsmayılova və başqaları çıxış edərək Ulu Öndər Heydər Əliyevin geniş miqyaslı siyasəti nəticəsində Yeni Azərbaycan Partiyasının əsl ümumxalq partiyasına çevrildiyini vurğulayıblar. Bildiriblər ki, bu gün öz sıralarında 600 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyası Ulu Öndərin parlaq ideyalarının daşıyıcısı kimi, cəmiyyətdə öz aparıcı rolunu gündən-günə möhkəmləndirməkdədir. Çıxış edən partiya fəalları Yeni Azərbaycan Partiyasının dövlətimizin ictimai-siyasi, sosial-iqtisadi həyatında oynadığı roldan danışıblar.

R.Hüseynova

Digər xəbərlər