"SƏS" QƏZETİNDƏ YAP GƏNCLƏR BİRLİYİNİN İŞTİRAKI İLƏ PARTİYANIN 20 İLLİYİ İLƏ BAĞLI DƏYİRMİ MASA KEÇİRİLDİ
Dünən "SƏS" qəzetində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin iştirakı ilə partiyanın yaradılmasının 20-ci ildönümü münasibətilə dəyrmi masa keçirilib. Tədbirdə YAP Gənclər Birliyi Ofisinin rəhbəri Sərraf Hüseynov, YAP Gənclər Birliyinin sədr müavini Aygün Əliyeva, YAP Gənclər Birliyi Mərkəzi Ofisinin təşkilati məsələlər üzrə kordinatoru Vüsalə Niftəliyeva, YAP Nizami Rayon Təşkilatı Gənclər Birliyinin sədri Əli Pənahov, YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Kübra Əliyarlı iştirak edib.
Tədbiri giriş sözü ilə açan "SƏS" qəzetinin əməkdaşı Samir Feyruzov bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xalqın təkidi ilə iknci dəfə hakimiyyətə qayıdışı ilə dövlətimiz məhv olmaq təhlükəsindən xilas oldu. 90-cı illərin əvvələrində Azərbaycandakı özbaşınalıq, səriştəsiz adamların dövlətimizə rəhbərlik etməsi, şəxsi ambisiyaları naminə milli kimliyimizi qurban verənləri elə xalq özü cəzalandırdı. Lakin həmin gərgin bir zamanda xalqımızı həm də xoşbəxt idi. Çünki Ulu Öndər Heydər Əliyev bir müddət sonra xalqımız fəlakətdən qurtaracaqdı. Ulu Öndər Heydər Əliyev əgər 1993-cü ildə xalqın təkidi ilə yenidən hakimiyyətə qayıtmasa idi biz gənclərin də sonrakı taleyi sual altında qalmış olacaqdı. Odur ki, ölkəmizdəki əmin-amanlığa, inkişafa və gənclərə göstərilən diqqətə görə hər birimiz YAP-ın Sədri, Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşməliyik. Çünki YAP tarixi zərurətdən yaranan böyük bir siyasi təşkilatdır.
Prezidentin rəhbərliyi altında gənclərlə əlaqədar reallaşan işlərin cəmiyyətimizə, eləcə də gənclərimizə verdiyi üstünlüklərdən danışan YAP Gənclər Birliyi Ofisinin rəhbəri Sərraf Hüseynov bildirdi ki, YAP günbəgün gəncləşir, çünki gənclər günbəgün bu partiyaya axın edir.
YAP günbəgün gəncləşir
SƏRRAF HÜSEYNOV:
-Azərbaycan Respublikasının hansı situasiyada yaranması haqqında çox fikirlər söylənilib. Mən daha çox partiyanın yaranması ilə bağlı danışmaq istərdim. 1998-ci ildə YAP-ın yaranmasının 6-cı ildönümünə həsr olunmuş tədbirdə Ulu Öndər Heydər Əliyev belə bir fikir səsləndirdi ki,Yeni Azərbaycan Partiyası bu gün 6 yaşının tamam olmasına baxmayaraq dövlətin bütün məsuliyyətini çiyinlərində daşımağa qadir olan bir partiyadır. Belə bir partiyanın gənclər siyasətiylə bağlı fikirlərimi belə ifadə etmək istərdim ki, YAP digər partiyalardan gənclərin çoxluğu ilə fərqlənir. Təxminən 50 mindən artıq gənc partiya ətrafında cəmləşmişdir. Ümumiyyətlə partiyanın müxtəlif rəhbər strukturlarında həddindən artıq gənc fəaliyyət göstərir. Prezidentimiz partiyanın Sədri İlham Əliyev nəinki, paytaxtımızda, həm də bölgələrə səfərində gənclərə olan münasibətini partiyaya olan münasibəti kimi təsdiqləyir.
Müxalif qüvvələr azadlıq anlayışı ilə özbaşınalıq anlayışını səhv salırlar.
AYGÜN ƏLİYEVA:
- Çox təəssüf doğuran bir məqam var ki, bəzi müxalif qüvvələr azadlıq anlayışı ilə özbaşınalıq anlayışını səhv salırlar. İnsanların asudə vaxtlarının keçirilməsinə mane olur, şəhərdə narahatçılığa səbəb olur. Zamanında insanlar öz müstəqilliklərini bu qüvvələrə etibar elədi, ancaq nəticə göz qabağındadır. İqtisadi,sosial durum acınacaqlı idi. Ölkə xaos vəziyyətində idi. Bu gün Azərbaycanın uğurlarını nəinki ölkədaxilində iqtidar yönlü gənclər qeyd edir, hətta yüksək səviyyəli arenalarda, beynəlxalq təşkilatlarda qeyd edir. Əminik ki, müxalifyönlü qüvvələr də nə zamansa bu uğurları asanlıqla qəbul eləyə biləcəklər.
Gənclərimiz qanunlara riayət etməyi özlərinə borc bilirlər
- ƏLİ PƏNAHOV:
- Ulu Öndərin rəhbərliyi altında qəbul edilən Konstitusiyamızın yaranması ən əlamətdar hadisələrdən biri idi. Bu gün bu konstitusiya ilə bütün hüquqi müddəalar öz əksini tapıb ki, bunun da əsasında xalq, millət amili dayanır. Hər bir şəxs öz hüquq və qanunlarını çox yaxşı bilir. Çox gözəl addımdır ki, dövlət qulluğuna qəbul olunan hər bir şəxs konstitusiyanı bilməlidir. Gənclər bu qanunları mənimsəməyi özlərinə borc bilirlər. Biz də gənc olaraq bütün gəncləri konstitusiyaya uyğun hərəkət etməyə, riayət etməyə çağırırıq.
Ölkəmizdə gender bərabərliyi mövcuddur
KÜBRA ƏLİYARLI:
-Qadınlarımız Azərbaycanın ictimai-siyasi həyatında aktiv iştirak edirlər. Cəmiyyətimizdə gender bərabərliyi mövcuddur. Kişilərlə bərabər qadınlar da müvafiq dövlət strukturlarında vəzifələr tuturlar. Dövlət qadınlarımıza da, gənclərimizə də hər cür şərait yaradır, onlar öz fəaliyyətlərində sərbəstdir.
Yeni Azərbaycan partiyası gənclərinin bir məqsədi var ki, bayrağımızı Qarabağda sancaq
VÜSALƏ NİFTƏLİYEVA:
-YAP tarixi zərurətdən yaranan bir partiyadır. Ona görə də gənclərimiz bu gün yalnız bir ideologiya uğrunda döyüşməyə də hazırdır. Təbii ki, bu Ulu Öndər Heydər Əliyev ideologiyasıdır. Ulu Öndər Heydər Əliyevin yaratdığı YAP artıq 20 ildir ki, dövlətin, cəmiyyətin həyatında aparıcı mövqedə dayanıb.Azərbaycan dünyada inkişaf tempinə görə öndə gedən bir ölkədir.Azərbaycan bu gün müstəqilliyini qoruyaraq öz inkşafındadır.Azərbaycan gəncliyi öz dəyərləri ilə atributları ilə fəxr edirsə gəncliyimiz sağlam inkşaf edir. Azərbaycan gəncliyinin bir amalı bir məqsədi var ki,bayrağımızı Qarabağda dalğalanacaq.
Samir Feyruzov
İntizarə Məmmədova