PDF Oxu

Əsas

  • 33

Ağcabədidə Yeni Azərbaycan Partiyasının 20 illiyi təntənəli şəkildə qeyd edildi

Ağcabədidə Yeni Azərbaycan Partiyasının 20 illiyi təntənəli şəkildə qeyd edildi

Respublikamızın bütün regionlarında olduğu kimi, Ağcabədi rayonunda da Yeni Azərbaycan Partiyasının 20 illlik yubileyi ilə bağlı silsilə tədbirlər qeyd edilməkdədir. Növbəti tədbirlərin biri Ağcabədi rayonu "Kral" şadlıq sarayında 700 nəfər partiya fəallarının iştirakı ilə keçirilən təntənəli yığıncağı olub.Tədbirdən əvvəl yığıncaq iştirakçıları rayonun mərkəzində ucaldılan Yeni Azərbaycan Partiyasının qurucusu, Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək, Onun əziz xatirəsini ehtiramla yad ediblər. YAP Ağcabədi rayon təşkilatının sədri Arif Quliyev Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illik yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik edib, partiyanın yaranma tarixi, keçdiyi yol, Ulu Öndər Heydər Əliyevin partiyanın yaranmasında xidmətləri barədə geniş məlumat verib.Tədbirdə YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP İdarə Heyətinin üzvü Kərim Kərimov, Ağcabədi rayon icra hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Şahin Məmmədov çıxış edərək 20 il ərzində siyasi mübarizələrdə mətinləşərək şərəfli yol keçmiş, hazırda öz ətrafında 600 minə yaxın siyasi həmfikri birləşdirən Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında oynadığı rol barədə geniş məlumat verib.Bayram mərasimində YAP-ın 20 illik yubileyi münasibətilə keçirilən idman yarışları və müsabiqələrin qalibləri: Yevlax şəhərində mini-futbol üzrə keçirilən zona yarışlarında II yer tutmuş YAP Ağcabədi rayon təşkilatının komandası, şahmat yarışının qalibləri - şəhər 5 saylı orta məktəbin V sinif şagirdi Həsənzadə Məhəmməd Mehman oğlu, şəhər 3 saylı məktəb-liseyin VII sinif şagirdi Bədəlova Aysun Xəyyam qızı, mini-futbol üzrə məktəblər arasında keçirilən rayon birinciliyində qalib gəlmiş 11 saylı məktəbin komandası, "Heydər Əliyev Yeni Azərbaycan Partiyasının qurucusudur" mövzusunda inşa yazı müsabiqəsinin qalibi 2 saylı məktəbin X sinif şagirdi Həsənova Sumaya Qurban qızı, intellektual oyunlar müsabiqəsinin qalibi AMİ-nin Ağcabədi filialının "Gənc İstedadlar" komandası YAP Ağcabədi rayon təşkilatının fəxri fərmanları ilə təltif edilmiş, qiymətli hədiyyələrlə mukafatlandırılmışdır. Həmçinin, partiya sıralarına yeni daxil olan bir qrup gəncə YAP vəsiqələri, fəxri fərmanlar təqdim edilibdir.Tədbirdə iştirak edən digər çıxışçılar Türk dünyasının dahi oğlu, Ulu Öndər Heydər Əliyevin yaratmış olduğu partiyanın üzvü olmaqları ilə qürur duyduqlarını bildirərək, bütün ağcabədlilərin 2013-cü ildə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.Sonda tədbir iştirakçıları tərəfindən Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilibdir.Tədbirdə YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov iştirak edib.Bayram mərasimi konsert proqramı ilə başa çatıb.

R.HÜSEYNOVA

Digər xəbərlər