PDF Oxu

Əsas

  • 29

Qaradağ rayonunda 12 Noyabr Konstitusiya Günü qeyd olunub

Qaradağ rayonunda 12 Noyabr Konstitusiya Günü qeyd olunub

Dünən Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatının və Qaradağ rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon təşkilatının qərargahında 12 Noyabr Konstitusiya Günü ilə bağlı tədbir keçirildi. YAP Siyasi Şurasının üzvü, Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov tədbir iştirakçılarını çıxış edib, konstitusiya günü ilə bağlı təbrik edərək, Ümummilli Lideri Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikası Konstitusiyasının 1995-ci ildə qəbul olunduğunu bildirdi: "12 noyabr 1995-ci il xalqımızın tarixinə qızıl hərflərlə yazılmışdır. Həmin gün bəşər tarixində ilk dəfə olaraq müstəqil, suveren Azərbaycan xalqı özünün Konstitusiyasını qəbul etmişdir. Ona görə də, bu təkcə 9 milyonluq Müstəqil Azərbaycan Respublikasının yox, bütün dünya azərbaycanlılarının tarixi nailiyyəti, uğuru hesab olunmalı, dövlətçiliyimizin tarixində ən parlaq hadisə kimi qiymətləndirilməlidir. Bu qanun-Ana toplum müstəqil dövlət kimi Respublikamızın ilk Konstitutsiyası hesab olunsa da, xalqımızın konstitutsiya quruculuğu tarixində sayca dördüncüdür".

A.Hüseynov Azərbaycanın ilk Konstitutsiyasının 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edildiyini bildirdi: "1925-ci ildə VI Ümumazərbaycan Sovetlər qurultayında ikinci, 1971-ci il aprelin 21-də Azərbaycan SSRİ-nin üçüncü Konstitusiyasi qəbul olunmuşdur. Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitutsiya hazırlanması zərurəti yarandı. Bu məqsədlə 1994-cü ildə Ulu Öndər Heydər Əliyev özünun Sədrliyi ilə xüsusi komissiya yaratdı. 1995-ci il noyabrın 12-də referendum yolu ilə xalqın iradəsi ilə yeni Kostitutsiya qəbul olundu. Bununla da Azərbaycan Respublikasında dövlət quruculuğunun hüquqi əsası qoyuldu. Azərbaycan Respublikasının Konstitutsiyasının mətni 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir. Konstitusiyaya indiyədək 2 dəfə - 24 avqust 2002-ci ildə və 18 mart 2009-cu ildə referendum yolu ilə dəyişikliklər edilmişdir".

A.Hüseynov bu gün Azərbaycanın müstəqil və demokratik ölkə kimi beynəlxalq arenada öz mövqeyinin daha da möhkəmləndirdiyini, ölkəmizdə sivil dəyərlər sisteminin formalaşdığını, insan hüquq və azadlıqlarının ən yüksək formada təsbit olunduğunu da vurğuladı. Ulu Öndər Heydər Əliyev siyasətinin ən layiqli davamçısı cənab Prezident İlham Əliyevin paraqmatik siyasəti nəticəsində Azərbaycan dünyanın hüquq müstəvisində də layiqli mövqeyə yüksəldiyini tədbir iştirakçılarının nəzərinə çatdırdı.

Qaradağ rayon icra hakimiyyətinin şöbə müdiri Munis Bayramov konstitusiyanın qanunlar qanunu, yəni qanunlar toplumu olmaqla əsas qanun olduğunu bildirdi. Qeyd etdi ki, qanuna hörmət, ona əməl etmək isə, ilk növbədə, hər bir insanın vətəndaşlıq borcudur: "Çünki Konstitusiya təkcə dövlət strukturlarında deyil, hər bir fərdin, kollektivin gündəlik ictimai-siyasi həyatında mayak, onun fəaliyyətini istiqamətləndirən etibarlı, hüquqi normalar sistemidir"- deyən M.Bayramov konstitusiyanın dövlətin siyasi, hüquqi və iqtisadi əsaslarını, vətəndaşın isə hüquqi statusunu müəyyən etdiyini vurğuladı.

YAP Qaradağ rayon təşkilatının qadınlar şurasının sədri Təranə İsmayılova konstitusiyada dövlətin ali qanunu, ali hüquqi qüvvəyə malik, siyasi, hüquqi və iqtisadi sistemlərinin əsaslarının təsbit olunduğunu vurğuladı. Müstəqil Azərbaycan Respublikasının və onun mütərəqqi konstitusiyasının müəllifi olan Ulu Öndərimiz Heydər Əliyevin ən layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən ölkə vətəndaşlarının hüquqlarının yüksək səviyyədə qorunduğunu söylədi.

Qaradağ rayon icra hakimiyyətinin şöbə müdiri, YAP Qaradağ rayon təşkilatının sədr müavini Samir İsayev və Qaradağ rayon gənclər və idman idarəsinin əməkdaşı İlqar Qasımov da çıxışında konstitusiyanın hər bir vətəndaşın cəmiyyətdə, idarəçilikdə mövqeyinin, hüquqlarının, mənafeyinin təminatçısı, onun azadlıqlarının real, həm də yeganə qarantı olduğunu söylədilər. Qeyd olundu ki, bu gün hər bir vətəndaş haqlı olaraq müstəqil Azərbaycanın Konstitutsiyasının qüdsiyyətinə, onun müqəddəsliyinə inanır. Çünki Əsas Qanunumuz dünya şöhrətli siyasətçi Ulu Öndər Heydər Əliyevin nəhəng dövlətçilik təcrübəsinə əsaslanaraq, xalqımızın xeyir-duası, onun iradəsi ilə qəbul olunmuşdur.

RƏFİQƏ

Digər xəbərlər