Yeni Azərbaycan Partiyasının 20 illiyi Qaradağ rayon ilk partiya təşkilatlarında qeyd olunur
Qaradağ rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 20-ci ildönümü münasibətilə YAP rayon təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə silsilə tədbirlər davam etməkdədir. Dünən tədbirlər planı üzrə növbəti tədbir YAP Qaradağ rayon təşkilatı N.Nərimanov adına NQÇİ-nin ərazi ilk partiya təşkilatının keçirdiyi tədbir olub. Tədbirdə çıxış edən ərazi ilk partiya təşkilatının sədri Elman Hacıyev Yeni Azərbaycan Partiyasının keçdiyi 20 illik keşməkeşli və uğurlu yoldan danışaraq, partiyanın xalqımızın inam və güvənc yeri olduğunu söyləyib: "Yeni Azərbaycan Partiyasının 20 illik yüksəliş yolunda qazandığı uğurlar, əldə etdiyi nailiyyətlər bir tərəfdən Ulu Öndər Heydər Əliyevin müdrik dühasından süzülüb gələn unikal fikirlərə, düşüncələrə, həmişəyaşar ideyalara söykənirsə, digər tərəfdən cənab İlham Əliyevin yaradıcı, qurucu, yenilikçi fəaliyyətindən qaynaqlanır".
E.Hacıyev xalqımızın dəyərli ziyalılarını, intelellektul potensialını özündə cəmləşdirən və sıralarında 600 min partiya üzvünü birləşdirən YAP-ın xalqını, millətini, vətənini sevənlərin partiyası olduğunu vurğulayıb: "Cəmiyyətdə böyük nüfuz qazanan ölkənin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası 20 illik yüksəliş yolu keçərək, xalqımızı qələbələrdən qələbələrə qovuşdurmuş, keçrilən bütün seçkilərdə qalib çıxmışdır".
Nərimanov adına NQÇİ-nin rəisi Xaliq Şəfiyev də çıxışında Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illik yubileyinin təkcə bir partiya daxilində deyil, xalq tərəfindən, vətənini, xalqını sevən, onun bu gününə, sabahına xoşbəxt gələcəyinə inanan bütün ölkə vətəndaşları tərəfindən yüksək bayram əhval-ruhiyyəsində qeyd olunduğunu diqqətə çatdırıb: "Bu gün Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunan hər bir kəs bundan fəxr və qürur hissi duymaqdadır: "Əbəs yerə deyil ki, bu gün Yeni Azərbaycan Partiyasının sıraları yarandığı 20 ildən indiyədək, yarım milyonu keçmişdir. Bu, həm də onun göstəricisidir ki, YAP xalqın partiyasıdır. Partiyamızın Sədri, cənab Prezident İlham Əliyev bu gün yürütdüyü uğurlu, məqsədyönlü siyasəti ilə məhz Ulu Öndər Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirir. Demək istərdim ki, bizim hər birimiz müdrik Prezidentimiz cənab İlham Əliyevin ətrafında daha sıx birləşərək, Azərbaycanın davamlı, uğurulu inkişafında daha yaxından iştirak edəcəyik".
Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illik yubileyi ilə əlaqədar olaraq Qaradağ rayon Sahil qəsəbəsində də təhsil işçiləri ilə görüş keçirilib. Görüşdə çıxış edənlər xalqın arzularının təcəssümü, yekdil iradəsinin ifadəsi kimi tarixi reallıqdan irəli gələrək, vətənpərvərlik, əqidə birliyi, dövlət müstəqilliyi və azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində yaranan Yeni Azərbaycan Partiyasının ölkəmizin siyasi həyatına yeni nəfəs verdiyini, qurtuluş və tərəqqinin simvoluna çevrildiyini bildiriblər.
R.Hüseynova