PDF Oxu

Əsas

  • 43

Aydın Bəşirov: Xəzər Dəniz Gəmiçiliyi yeni nailiyyətlər əldə etmək haqqında düşünür

Aydın Bəşirov: Xəzər Dəniz Gəmiçiliyi yeni nailiyyətlər əldə etmək haqqında düşünür

"Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin çoxminli kollektivi Prezident İlham Əliyevin tərəqqi və inkişaf kursunu tam dəstəkləyir". Bu fikri Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov deyib.

A.Bəşirov bildirib ki, donanmanın yenilənməsi və yükgötürmə imkanlarının artırılması daim ölkə başçısının diqqət mərkəzindədir. Onun sözlərinə görə, 2004-cü ildən bəri xeyli gəmilər alınıb. "Biz bu müddətdə 10 ədəd iritonnajlı tankerin, 1 quru yük gəmsinin, 4 gəmi-bərənin istismara verilməsinin şahidi olduq. Xorvatiyanın "Ulyanik" tərsanəsində son 10 ayda tikilmiş daha 2 bərənin Bakıya gətirilməsi isə 2012-ci ilin nailiyyətlərindədir. Biz bütün bunlara görə, Prezident İlham Əliyevə minnətdarıq. Gəmiçiliyin kollektivi öz işinə daim məsuliyyətlə yanaşır, qazanılmış mövqeləri daha da möhkəmləndirmək, yeni nailiyyətlər əldə etmək haqqında düşünür"- deyə, A.Bəşirov vurğulayıb.

yap.org.az

Digər xəbərlər