PDF Oxu

Əsas

  • 24

Azərbaycan Dillər Universitetində Yeni Azərbaycan Partiyasının 20 illiyi münasibətilə tədbir keçirilmişdir

Azərbaycan Dillər Universitetində Yeni Azərbaycan Partiyasının 20 illiyi münasibətilə tədbir keçirilmişdir

Noyabrın 16-da Azərbaycan Dillər Universitetində (ADU) Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 20-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.

ADU-dan AzərTAc-a bildirmişlər ki, tədbir Azərbaycanın dövlət himninin səslənməsi ilə başlanmışdır.
YAP Nəsimi rayon təşkilatının ADU üzrə ilk təşkilatının sədri Ələddin Əliyev ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə ümummilli lider Heydər Əliyev tərəfindən yaradılmış partiyanın keçdiyi şanlı yoldan, onun dövlət quruculuğu sahəsində tarixi xidmətlərindən, ölkənin həyatında əhəmiyyətli rolundan, siyasət, iqtisadiyyat, elm və təhsil istiqamətlərində həyata keçirdiyi mühüm islahatlardan danışmışdır.
Ə.Əliyev ADU-da partiyanın ilk təşkilatının əsasının 1992-ci ildə qoyulduğunu və bu prosesin bir il sonra yekunlaşdığını vurğulamışdır. O, ilk təşkilatın ilkin dövrlərdə cəmi altı üzvünün olduğunu, onların sayının ildən-ilə artaraq hazırda 400 nəfərə çatdığını qeyd etmişdir.
ADU-nun tədris işləri üzrə prorektoru Natiq Yusifov YAP-ın 20 ildə əldə etdiyi uğurlardan danışmış, ulu öndər Heydər Əliyevin məqsədyönlü siyasi kursunun hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.
Digər çıxış edənlər də ölkənin aparıcı siyasi partiyasının keçdiyi tarixi yola nəzər salmış, qazanılan uğurlardan söz açmışlar.
Sonra YAP-ın ADU ilk təşkilatının yaranmasında və inkişafında xidmətləri olan partiya veteranlarına mükafatlar, partiyanın gənc üzvlərinə fəxri fərmanlar təqdim olunmuşdur.
Tədbir konsert proqramı ilə davam etmişdir.

AzərTAc

Digər xəbərlər