PDF Oxu

Əsas

  • 19

YAP Nizami rayon təşkilatının yeni ərazi ilk partiya təşkilatı yaradılıb

YAP Nizami rayon təşkilatının yeni ərazi ilk partiya təşkilatı yaradılıb

Dünən Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 20 illiyi münasibətilə partiyanın Nizami rayon təşkilatının "Start" Olimpiya Kompleksində yeni ərazi ilk partiya təşkilatı yaradılıb.

Təşkilatın təsis iclasında çıxış edən "Start" Olimpiya Kompleksinin direktoru Kamal Mehdiyev Yeni Azərbaycan Partiyasının Azərbaycan dövlətinin və xalqının qarşısındakı tarixi xidmətindən söz açıb. O, vurğulayıb ki, partiyanın yarandığı gündən ötən 20 il ərzində əldə etdiyi nailiyyətlər qəbul olunmuş siyasi xəttin düzgünlüyünün, Ulu Öndər Heydər Əliyev siyasi kursunun xalqımızın rifahına xidmət etdiyini təsdiqləyib.

YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov partiyanın 20 ildə keçdiyi inkişaf yolu, uğurları, ictimai-siyasi həyatdakı müstəsna xidmətləri haqqında məlumat verib, partiyanın Sədri, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə hər sahədə dinamik inkişafa nail olunduğunu bildirib və bu inkişafda gənclərin də rolunun çox böyük olduğunu qeyd edib.

Sonra təşkilati məsələlərə baxılıb.

Səsvermə yolu ilə Kamal Mehdiyev YAP Nizami rayon təşkilatının "Start" ərazi ilk partiya təşkilatının sədri və müavini seçilib.

Təsis iclasında, həmçinin, partiyaya üzv olmaq istəyənlərin müraciətlərinə də baxılıb.

Cabir

Digər xəbərlər