PDF Oxu

Əsas

  • 37

Müasirləşən və inkişaf edən Yeni Azərbaycan Partiyası

YAP Mingəçevir şəhər təşkilatı və Mingəçevir şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə partiyanın 20 illik yubileyi qeyd olundu

Müasirləşən və inkişaf edən Yeni Azərbaycan Partiyası

Dünən Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyi münasibəti ilə YAP Mingəçevir şəhər təşkilatı Mingəçevir şəhər icra hakimiyəti ilə birlikdə həyata keçirdiyi silsilə tədbirlərin yekunu olaraq yürüş tədbiri həyata keçirdilər. Gənc partiya üzvləri üzərinə "YAP-20" əks olunmuş ağ köynəklər geyinərək şəhərin mərkəzində ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidəsi önünə gül-çiçək dəstələri qoydular. Sonra tədbir iştirakçıları şəhər stadionuna tərəf, əllərində Azərbaycan Respublikasının və Yeni Azərbaycan Partiyasının bayrağı ilə şəhərin M.F.Axundov, Füzuli, M.Maqomayev və Şəhriyar küçələrindən keçərək, şəhər stadionuna daxil oldular. Şəhər stadionunda YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov və Mingəçevir şəhər icra hakimiyyətinin başçısının birinci müavini İlham İsmayılov çıxış edərək, yürüş iştirakçılarını YAP-ın yaranmasının 20 illiyi münasibəti ilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzu etdilər.

Tədbir iştirakçılarının çay süfrəsi ətrafında söhbətləri davam etdi.

Aytən

Digər xəbərlər