PDF Oxu

Əsas

  • 27

“Müxalifətin sosial bazası olmadığı üçün razılaşdırılmamış aksiyalar keçirir”

“Müxalifətin sosial bazası olmadığı üçün razılaşdırılmamış aksiyalar keçirir”

"Müxalifətin sosial bazası olmadığı üçün razılaşdırılmamış aksiyalar keçirir". Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov İctimai Palatanın dekabrın 10-da keçirilməsi planlaşdırılan razılaşdırılmamış aksiyasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, müxalifət kütləvi aksiyalar üçün ayrılmış müvafiq yerləri dolduracaq qədər elektorata malik deyil: "Ona görə də müvafiq qurumlarla razılaşdırılmamış yerlərdə, insanların çox olduğu mərkəzi küçələrdə, ticarət mərkəzlərinin qarşısında öz qohumlarından ibarət kiçik qruplarla aksiya keçirməyə cəhd göstərirlər. Belə aksiyaları təşkil etməkdə müxalifətin əsas məqsədi özlərinin sosial bazasının olmamasından diqqəti yayındırmaqdır".

Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Ziyalılar Hərəkatının sədri, yazıçı, ssenarist Eldəniz Quliyevin Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyini təsis etməsi məsələsinə münasibət bildirib. O, AzNews.az-a açıqlamasında deyib ki, yeni yaranan təşkilata Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyinin adının qoyulmasından bunların səviyyəsi görünür. Onun fikrincə, yeni yaradılan təşkilatın məqəsdi və məramı dövlətçiliyə zidd ola bilər: "Azərbaycanda talışların mədəniyyət mərkəzləri və cəmiyyətləri var. Ölkəmizdə talış dili, mədəniyyəti və folkloruna kifayət qədər şərait yaradılıb. Bilirsiz ki, İctimai Televiziya Azərbaycanda yaşayan milli azlıqların folkloru, mədəniyyəti və digər adət-ənənələri ilə bağlı müxtəlif verilişlər hazırlayır".

Millət vəkili təşkilatın təsisçilərindən olan Eldəniz Quliyevi sərt tənqid edib: "Bu təşkilatın təsisçilərindən olan Eldəniz Quliyev isə adını ziyalı qoyub. Bu adamın nəyi ziyalıdır?

Onun danışıqlarına və səsləndirdiyi ifadələrə fikir versəniz, görürərsiz ki, bu adam ziyalılıqdan tamam kənar adamdır. E.Quliyev normal tərbiyəyə və mədəniyyətə malik olmayan insandır. O, adını ssenarist və kinorejissor qoyub, amma kinostudiyada çalışan adamlar yaxşı bilir ki, E.Quliyevin ömrü boyu işi-peşəsi kinostudiya rəhbərliyindən Mərkəzi Komitəyə material yazmaqdan ibarət olub. Onun həyatında çəkdiyi bir kino olub, o da o qədər bivecdir ki, əgər artistlər yaxşı rol oynamasaydılar, heç kinoya da baxan olmazdı. İndi isə E.Quliyev "cin" kimi bu təşkilatdan o təşkilata, o təşkilatdan isə bu təşkilata qaçır. Hara gedirsə, bu adamı qovurlar. Çünki, E.Quliyev demaqoq insandır. Yəni, belə bir insanın hər hansı təşkilatda olması, həmin təşkilata aşağılıq gətirir. E.Quliyev YAP-ın ünvanına da müəyyən fikirlər səsləndirib. Deyim ki, YAP-ın ən sıravi üzvünün kəsib atdığı dırnaq Azərbaycan xalqına E.Quliyevdən daha çox xidmət göstərib.

E.Quliyev indi də Rusiyanın və digər yerlərin 5-10 manat pulunu alıb, əlaltılıq etməklə məşğul olur. E.Quliyevin ömrü boyu da işi-peşəsi belə işlərlə məşğul olmaq olub. Bu cür adamların Azərbaycanda olmağı bir tərəfdən yaxşıdır. Çünki, Azərbaycanda E.Quliyev kimi adamlara baxıb yaxşı ilə pisi seçirlər. E.Quliyevin "ipinin" kimin əlində olması hamıya bəlidir. Onun İranla da əlaqəsi ola bilər. Ayağı sürüşkən quşa hərə yerdən dən tökən kimi, bunlar müxtəlif yerlərdən dəstək axtarırlar. Təbii ki, bu şəxslər bu cür hərəkətləri ilə heç nəyə nail ola bilməyəcəklər. Bu cür yollarla Azərbaycanda aranı qarışdırmaq mümkün deyil. Azərbaycanda xalqlar bərabər şəkildə yaşayırlar və dövlət tərəfindən onlar üçün bütün şərait yaradılıb".

Rusiya ilə Azərbaycan arasında heç bir problem yoxdur

Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin (AzerRos) prezidenti, Rusiya Azərbaycan Təşkilatları İttifaqının (RATİ) təsisçisi Söyün Sadıqovun son günlər hakimiyyətlə bağlı səsləndirdiyi fikirlərə də münasibət bildirib.

O deyib ki, bu cür adamların birdən-birə azərbaycanlılar haqqında danışması Azərbaycan dövlətinə ləkə gətirir. Onun sözlərinə görə, S.Sadıqov Rusiya vətəndaşıdır və onun Azərbaycana heç bir aidiyyəti yoxdur. S.Sadıqovun heç zaman azərbaycanlıların hüququnu müdafiə etmədiyini diqqətə çatdıran S.Novruzov deyib: "Söyünün mərifətli bir adı belə, yoxdur. Mən bu adama baxanda düşünürəm ki, S.Sadıqov dükan arxasından indi çıxıb gəlir və Azərbaycanın adından ermənilərlə danışıqlar aparır. S.Sadıqov gedib özünə, təfəkkürünə, dünya görüşünə baxsın. S.Sadıqova baxan kimi hər kəs onun alverçi olduğunu görür".

YAP-çı millət vəkili S.Sadıqovun diaspora haqqında söylədiyi fikirlərə də toxunub: "Ötən dəfə S.Sadıqovun diaspora haqqında söylədiyi fikirlərə baxıram. Bu adam hələ diasporun nə olduğunu bilmir. Bu adamın düşüncə tərzi və ağılı çox aşağıdır. Bu adamın diaspora anlayışından belə xəbəri yoxdur. S.Sadıqov hələ bilmir ki, diaspora təkcə Azərbaycan vətəndaşı olmur, hər millətdən, vətəndaşdan ola bilər. Bu cür təfəkkürə malik olan S.Sadıqov hələ utanmadan gedib ermənilərlə danışıqlar da aparır. Bunun ipini elə burublar ki, hələ özü də nə işlə məşğul olduğunu qanmır. Artıq onun yanındakı adamlar da oradan ayrılırlar. S.Sadıqov səviyyəsində adamın yanında olmağın özü bir xəcalətdir. S.Sadıqov xaş yeməkdən başı da xaşa oxşayır".

Rusiya-Azərbaycan münasibətlərinin indiki səviyyəsinə də toxunan S.Novruzov bildirib ki, hazırda Rusiya ilə Azərbaycan arasında heç bir problem yoxdur: "İki ölkə arasında münasibətlər normal vəziyyətdədir. Sadəcə olaraq S.Sadıqov kimi "axsaq keçilər" aranı qarışdırmaq istəyirlər".

"Azərbaycan dövləti soydaşlarımızın Gürcüstanda qalması üçün çox iş görür, ora investisiya yatırılır, iş yerləri açılır"

Son günlər "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" qanunun tətbiqi sərtləşdirilib və indiyədək müəyyən güzəştlərdən istifadə etmiş Gürcüstan azərbaycanlıları problemlə üzləşib. İndi onların Azərbaycan ərazisində üç ay deyil, yalnız bir ay müvəqqəti qeydiyyatda yaşamasına icazə verilir. S.Novruzov bu məsələyə münasibətini belə izah edib: "Azərbaycanlılar vaxtilə Ermənistanda etdikləri səhvi indi də Gürcüstanda təkrarlamamalıdır. Kommunist Partiyasının ən böyük səhvi onda idi ki, Ermənistanda yaşayan soydaşlarımızın Azərbaycana köçməsinin qarşısını almadı. Azərbaycanlılar yavaş-yavaş köçüb gəldilər və nəticədə Ermənistanda olan qədim dədə-baba yerlərimizi itirdik. Həmin dövrdə Ermənistanda yaşayan azərbaycanlılara dəstək verilmədi, nümayəndə heyəti getmədi, bu işi kimlərin təşkil etdiyi araşdırılmadı, ağsaqqallara, sözükeçən adamlara izah olunmadı ki, burada torpağın, evin var, dədə-baba yurdundur, burada yaşamalısan, hara gedirsən. Azərbaycanlılara heç kim dayaq olmadı və onlar deportasiyaya məruz qaldılar.

Soydaşlarımızın Gürcüstanda yaşadığı ərazilər azərbaycanlıların əzəli-əbədi torpaqlarıdır. Orada yaşayan azərbaycanlılar oranın köklü sakinləridir, etnik azlıq deyillər, torpaqların əsl sahibidirlər. Amma orada yaşayanlar nə edirlər? Azərbaycana gəlirlər, burada günləri xoş olur və nəticədə ümumi, əsas prinsip yaddan çıxır, ata-baba yurdunu atıb gəlirlər. Məsələ ondadır ki, bu insanlar əksər halda qeydiyyata da düşmürlər. Onlar bizim azərbaycanlılardır, qardaş-bacılarımızdır. Amma bizim oradakı ərazilərimizin qorunması, azərbaycanlıların öz yerlərində daimi qalmaları, torpaqlarını əkib-becərmələri, əllərinin işə öyrənməsi, gürcü məktəblərində oxuyub gürcü dilini öyrənmələri, dövlət strukturlarında işləmələri, Gürcüstan cəmiyyətinə inteqrasiya olunmaları üçün mütləq oturaq həyat olmalıdır.

Azərbaycan dövləti soydaşlarımızın Gürcüstanda qalması üçün çox iş görür, ora investisiya yatırılır, iş yerləri açılır. Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyinin işçilərinin əksəriyyəti azərbaycanlıdır. Başqa şirkətlər də var, onların da işçilərinin böyük hissəsi azərbaycanlılardan ibarətdir. İnsanlar özləri də iş axtarıb tapmalıdırlar. Torpaq sahələrində işləməlidirlər. Amma işləmək istəmirlər. Gedib yerini belləsin. Türkiyədə zavodda 200-300 dollara işləməyi qəbul edirlər, amma öz torpaqlarında, öz həyətlərində işləməyi yox".

Digər xəbərlər