Macarıstanda səfərdə olan Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov Macarıstan Baş naziri ofisinin beynəlxalq əlaqələr və iqtisadiyyat üzrə dövlət katibi, Azərbaycan-Macarıstan Hökumətlərarası Birgə İqtisadi Komissiyasının həmsədri Piter Siyyarto ilə görüşmüşdür. Görüşdə iki ölkə arasında son illər intensiv xarakter alan qarşılıqlı münasibətlərin müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparılmışdır. Partiyalararası əlaqə, təhsil, elm və mədəniyyət sahəsində qarşılıqlı münasibətlərin genişləndirilməsi məsələləri müzakirə olunmuşdur. Macarıstanın yürütdüyü Şərq siyasətində Azərbaycanın getdikcə artan rolu və yeri xüsusi vurğulanmışdır. Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı görüşdə iştirak etmişlər.