PDF Oxu

Əsas

  • 34

Əli Əhmədov İran İslam Respublikasının Azərbaycandakı səfiri ilə görüşüb

Əli Əhmədov İran İslam Respublikasının Azərbaycandakı səfiri ilə görüşüb

Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi Əli Əhmədov dekabrın 5-də İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Muhsen Pakain ilə partiyanın mənzil qərargahında görüşmüşdür. Dostluq və qardaşlıq münasibətlərinin mövcud olduğu Azərbaycanda diplomatik fəaliyyətə başlamasından qürur duyduğunu nəzərə çatdıran cənab səfir Muhsen Pakain ölkələrimiz arasında əlaqələrin bundan sonra da dinamik inkişaf edəcəyinə əminliyini ifadə etmişdir. Ölkələrimiz arasında əlaqələrin inkişaf dinamikasının məmnunluq doğurduğunu qeyd edən YAP Sədrinin müavini Əli Əhmədov ölkələrarası əlaqələrin daha da inkişaf etdirilməsini nəzərdə tutan təkliflərin və təşəbbüslərin bundan sonra da dəstəklənəcəyinə və reallaşacağına tam əminliyini qeyd etmişdir. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. YAP İcra katibinin müavini Mübariz Qurbanlı görüşdə iştirak edibdir.

Digər xəbərlər