PDF Oxu

Əsas

  • 34

"Biz Heydər Əliyev elmi-irsini öyrənirik"

Elmi-praktik konfrans Ümumilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuşdur

"Biz Heydər Əliyev elmi-irsini öyrənirik"

Bəşər tarixində müstəsna xidmətlər göstərən, ölkəmizi tənəzzül və vətəndaş müharibəsindən azad edən böyük xilaskar Heydər Əliyevin anım günü ilə bağlı, respublikamızın hər yerində olduğu kimi, təhsil müəssisələrində də elmi-praktik konfranslar, "dəyirmi masa"lar, həmçinin, müxtəlif mövzulu müsabiqə və idman yarışları da daxil olmaqla silsilə tədbirlər keçirilir. Bu tədbirlərin davamı olaraq Qərb Universitetində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Biz Heydər Əliyev elmi irsini öyrənirik" mövzusunda elmi-praktiki konfrans keçirildi.

Tədbiri giriş sözü ilə açan Qərb Universitetinin rektoru Zemfira Məmmədova Ulu Öndər Heydər Əliyevin siyasətindən, Azərbaycanın memarı və qurucusu kimi fəaliyyətindən danışaraq, müstəqil dövlətimizin təməlinin möhkəmlənməsində Onun rolunu qeyd etdi. O bildirdi ki, müasir dövrümüzdə təhsilin inkişaf dövrünü yaşaması Heydər Əliyevin elm və təhsillə bağlı həyata keçirdiyi strategiyanın məntiqi nəticəsidir: "Ölkənin bütün sahələrini əhatə edən bu məqsədyönlü fəaliyyət qısa zaman kəsiyində Azərbaycanı inkişaf etmiş ölkələr sırasına daxil etdi. İkinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev uzaqgörən siyasətçi olaraq demokratiyanın inkişaf yolunun məhz təhsildən keçdiyini nəzərə alaraq milli dövlətçilik prinsipləri əsasında milli təhsil sisteminə diqqət ayırdı. "Təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması haqqında" Sərəncam imzalandı və bunun ardınca "Təhsil sahəsində islahatlar Proqramı" qəbul edildi. Həyata keçirilən layihələr, Dövlət Proqramları təhsilin inkişafına təkan verdi".Tədbirdə çıxış edən millət vəkili Aydın Mirzəzadə tarixi dövrə nəzər salıb, Azərbaycanın tarixinin şanlı səhifəsini yazan 1993-cü il 15 iyun tarixini diqqətə çəkdi. Ulu Öndər Heydər Əliyevin qayıdışı ilə Azərbaycanı fəlakətlərdən, vətəndaş müharibəsi təhlükəsindən xilas etdiyini söylədi. Həmin dönmədə Azərbaycanın böhran yaşadığını və müstəqil dövlətin gələcək inkişafla bağlı hər hansı bir proqramının, milli-strateji inkitşaf xəttinin olmadığını söylədi. Qeyri-sabitlik, təcrübəsizlik və milli maraqlara zidd addımlar Azərbaycanı fəlakətlərlə üz-üzə qoymuşdu. Heydər Əliyevin hakimiyyətə gəlişi bu fəlakətlərdən Azərbaycanı birmənalı şəkildə qurtardı. Elmi-praktik konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetinin elmi işlər üzrə prorektoru Vilayət Əliyev, Qərb Universitetinin professor-müəllim heyəti çıxış edərək, Heydər Əliyevin Azərbaycan xalqının tarixində saldığı silinməz izləri vurğuladılar. O da qeyd olundu ki, Onun adı dünyanın ən parlaq, ən nüfuzlu və fenomen şəxsiyyətlərinin adları ilə yanaşı çəkilir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər