PDF Oxu

Əsas

  • 28

Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi böyük siyasətçi, görkəmli dövlət xadimi, zəmanəmizin bənzərsiz şəxsiyyəti Heydər Əliyevin adı ilə bağlıdır

Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi böyük siyasətçi, görkəmli dövlət xadimi, zəmanəmizin bənzərsiz şəxsiyyəti Heydər Əliyevin adı ilə bağlıdır

Dekabrın 10-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş təntənəli anma mərasimi keçirilmişdir.AzərTAc xəbər verir ki, mərasimdə rayon ictimaiyyətinin nümayəndələri, elm və mədəniyyət xadimləri, Milli Məclisin deputatları və tanınmış ziyalılar iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Sabail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan tarixindəki rolu barədə danışmışdır. Bildirilmişdir ki, qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən ulu öndər Heydər Əliyev hələ sağlığında ikən canlı əfsanəyə çevrilmişdir.

Qeyd edilmişdir ki, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi böyük siyasətçi, görkəmli dövlət xadimi, zəmanəmizin bənzərsiz şəxsiyyəti Heydər Əliyevin adı ilə bağlıdır. Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, ümummilli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Ümummilli liderin adı xalqımızın simvoluna, əməlləri isə şəxsi hünər rəmzinə çevrilmiş, həyat və fəaliyyəti doğma xalqa, torpağa məhəbbət və sədaqət meyarı olmuşdur.

Bildirilmişdir ki, bu qüdrətli şəxsiyyətin müəyyən etdiyi yol dinamik inkişafı təmin edən strateji kurs olaraq daim ölkəmizə və xalqımıza uğur gətirmişdir. Bu gün xalqımız bu dahi insanın həyata keçirdiyi siyasətin uğurlarını hiss edir, onunla yaşayır və faydalanır. Azərbaycan indi dinamik inkişaf edən, dünya birliyində layiqli yer tutan, müstəqil siyasət yürüdən bir dövlətdir. Məhz ümummilli liderin gərgin səyi və yenilməz iradəsi nəticəsində Azərbaycan bu gün dünya birliyi tərəfindən tükənməz təbii sərvətləri, iqtisadi imkanları ilə yanaşı, mədəni, elmi, intellektual, yaradıcı potensiala malik bir ölkə kimi tanınır.

Ulu öndər Heydər Əliyev böyük siyasət üçün yaranan, təkcə bir ölkə miqyasında deyil, dünya əhəmiyyətli məsələlərin həllində sözünü qətiyyətlə deyə bilən mahir siyasətçi idi. Müasir, müstəqil Azərbaycan ulu öndərin siyasəti ilə daha da inkişaf edir və yaşayır. Ulu öndər Heydər Əliyevin "şah əsəri" olan Azərbaycan onun layiqli davamçısı – dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi altında bundan sonra uğurla inkişaf edəcək, müəyyənləşdirdiyi strateji hədəflərə uğurla çatacaqdır.

Sonra tədbir bədii proqramla davam etmiş, ulu öndərin xatirəsinə həsr olunmuş şeirlər və mahnılar ifa olunmuşdur.

AzərTac

Digər xəbərlər